• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

“Bu il SOCAR 6 strateji layihəni tamamlamağı planlaşdırır”

“Bu il SOCAR 6 strateji layihəni tamamlamağı planlaşdırır”
09.06.2018 15:00
Bu günə qədər Cənub Qaz Dəhlizi (SGC) təşəbbüsünə 30,15 mlrd. ABŞ dolları vəsait ayrılıb ki, onun 8,85 mlrd. dollarını Azərbaycanın "Cənub Qaz Dəhlizi” QSC-si maliyyələşdirib. "Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı jurnalının Bakıda keçirilən sammiti üçün hazırlanan xüsusi buraxılışına yazdığı məqalədə qeyd edib.

R.Abdullayevin sözlərinə görə, SGC Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin qorunmasında əsas rolu oynayacaq:

"Üç əsas seqment üzrə inşası davam edən layihə tamamlanmaq üzrədir. Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin isə təxminən 69%-i yekunlaşıb. Bu gün Azərbaycan investisiya cəlb edən ölkədən sərmayə yatıran dövlətə çevrilib. 24 il əvvəl Azərbaycan iqtisadiyyata, xüsusən də neft-qaz sektoruna investisiya cəlb etmək üçün cəhd edirdi. Amma hazırda Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və başqa ölkələrində böyük həcmdə sərmayələri var”.

SOCAR prezidenti rəhbərlik etdiyi qurumun xarici ölkələrdəki investisiya fəaliyyətindən də danışıb:

"2008-ci ildən bəri "Petkim”in xalis gəliri 9,2 dəfə, bazar dəyəri isə 8,7 dəfə artıb. Hazırda illik emal gücü 10 mln. ton olan STAR Xam Neft Emalı Zavodunun qurulması prosesi gedir. Bu zavod "Petkim”i xam material olan yüngül və ağır nafta ilə təmin edəcək. Bu il biz SOCAR-ın 6 strateji layihəsini tamamlamağı planlaşdırırıq. Bu layihələr Azərbaycana əlavə xarici valyutanın axınını təmin edəcək və yeni iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın inkişafına şərait yaradacaq”.

R.Abdullayev son 15 ildə Azərbaycanda hasil edilən neft və qazın həcmini də açıqlayıb:

"Stabil hasilat səviyyəsinin saxlanılması və bəzi yataqlarda hasilatın artırılması ölkəmizin neft strategiyasının, əsrlərə söykənən təcrübəmizin, Azərbaycan neftçilərinin yaradıcılıq və qabiliyyətinin nəticəsidir. Cənab İlham Əliyevin prezidentliyi dövründə onun şah əsəri olan SOCAR 126,8 mln. ton neft, 92 mlrd. kubmetr qaz hasil edib”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol