• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

“Azərkosmos”da yeni təyinatlar

“Azərkosmos”da yeni təyinatlar
11.06.2018 10:00
İyun ayında "Azərkosmos” ASC-yə iki sədr təyinat alıb. 

Oxu.Az-ın məlumatına görə, 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası prezidentinin Sərəncamına əsasən, Rövşən Rüstəmov və Dunay Bədirxanov "Azərkosmos” ASC-nin sədr müavini vəzifəsinə təyin edilib.

Rövşən Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb. 

2003-cü ildə təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuraraq magistr dərəcəsinə yiyələnib. 

2004-2012-ci illərdə "Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini vəzifələrində işləyib. 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. 

2014-2018-ci illərdə rabitə və yüksək texnologiyalar naziri tərəfindən "Azərkosmos” ASC-nin sədr müavini vəzifəsinə təyin edilib

Dunay Bədirxanov isə 2009-cu ildə Rusiya Federasiyasında yerləşən Sankt-Peterburq Dövlət Universitetinin "Riyaziyyat-Mexanika” fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 2011-ci il aprel ayından "Azərkosmos” ASC-nin Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb. 

2013-2016-cı illərdə "Azərkosmos” ASC-də Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri vəzifəsində işləyib. 

2016-2018-ci illərdə "Azərkosmos” ASC-də Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifəsində işləyib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol