• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

“Azərbaycan real savaşa hazırlaşır”

“Azərbaycan real savaşa hazırlaşır”
11.06.2018 21:50
Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində 11 hektarlıq ərazini və strateji əhəmiyyətli yüksəkliləri işğaldan azad etməsi, Yerevan-Gorus-Laçın yoluna nəzarəti ələ keçirməsi Ermənistanda əməlli-başlı çaşqınlıq yaradıb.
"Ölkə.Az” xəbər verir ki, erməni cəmiyyəti qorxu içərisində Azərbaycanın savaşa hazırlaşdığını bildirir.
2016-cı ilin aprel savaşından sonra tərs şillə yeyən erməni tərəfinə bu dəfə Naxçıvan istiqamətində şapalaq vuruldu. Aprel şilləsinin təsirini yeyə bilməyən erməni tərəfi Naxçıvan qapazından sonra əməlli-başlı təşvişə düşüb.
Bu hadisələrin fonunda isə işğal edilmiş Dağlıq Qarabağ ərazisində etiraz mitinqləri başladı. Yerli ermənilər xüsusi xidmət orqanları ilə toqquşdu və nəticədə döyüldülər. Etirazlar yüksəldikcə erməni cəmiyyəti qorxuya düşdü. Bu etirazlar hətta Azərbaycandan kömək istəməyə qədər uzandı.
Bu gün isə Dağlıq Qarabağ bölgəsində müqaviləli xidmət göstərən erməni əskəri ölüb. O, Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində ölüb. Bir nəfər isə ağır yaralanıb.
Bu məsələ isə erməni cəmiyyətini əməlli-başlı qorxuya salıb. "1in.am” portalı məsələni belə şərh edir:
"Son günlər təmas xəttində gərginlik müşahidə edilir. Hətta beynəlxalq ekspertlər dairəsində müharibənin alovlanacağı məsələsi müzakirə edilir. Azərbaycan təkcə Dağlıq Qarabağ istiqamətində yox, Naxçıvan istiqamətində də aktivləşib.
Rəsmi Bakı savaşa hazırlaşır. Bu, Bakının blefi deyil. Çünki seçkilər geridə qalıb. Artıq daxili auditoriyaya hesablanmış savaşdan yox, real müharibədən söhbət gedir. Görünür Azərbaycan prezidenti və xalqı itirilmiş torpaqları geri qaytaracaq”.
Bu əslində erməni cəmiyyətinin qorxusudur. Hər halda ermənilər işğal faktını dolayı yolla etiraf edirlər. Erməni yazıçı Vaaqn Karapetyan da ermənilərə müraciət edərək Qarabağ xülyasından əl çəkməyə çağırış edib. Yazıçı ermənilərin bu xülya nəticəsində hər şeydən təcrid olunduqlarını, seperatçı rejimin gec-tez Rusiyanın qucağına qaçacağını, əvəzində iki xalqın əsrlər boyu düşmən olacağını bildirib.
Hə bir də unutmadan, Rusiya mətbuatı da bu məsələ biganə qalmır. Hətta "Rosbalt” nəşri "Azərbaycan addım-addım torpaqlarını geri qaytarır” başlıqlı məqalə dərc etmişdi.
Erməni mətbuatı isə hər dəfə olduğu kimi bu dəfə də Rusiyaya sığınmağa meyl edir. Erməni jurnalsitlər Paşinyandan rus-erməni münasibətlərini daha da yaxşılaşdırmağı tələb edirlər…


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol