• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Enerjinin İpək Yolu - TANAP

Enerjinin İpək Yolu - TANAP
12.06.2018 11:15
Bu gün tikintisi üç ildir davam edən Trans-Anadolu Qaz Boru Kəmərinin Əskişəhərdə açılış mərasimidir. 

Oxu.Az xəbər verir ki, enerjinin İpək Yolu adlandırılan bu layihənin açılışına Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev qatılacaqlar. 


Dörd milyard dollar qənaət 

Qeyd edək ki,TANAP-ın smetası əvvəl 12 milyard dollar dəyərləndirilsə də, layihəyə 8 milyard dollar xərclənib. Bununla da tikinti xərclərinə 4 milyard dollar qənaət olunub. 

Hazırda kəmərin uzunluğu 1.850 kilometr təşkil edir. Layihənin tikintisi üzrə 15 min nəfər çalışıb. İş saatlarının ümumi həcmi 88 milyon saatı ötüb.

TANAP Türkiyə-Gürcüstan sərhədindəki Ərdahan vilayəti Posof rayonu Türkgözü kəndindən başlayaraq, Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə daxil olmaqla, 20 mahal, 67 rayon və 600 kənddən keçir. Kəmərin sahəsi Yunanıstan sərhədində başa çatır. 

TANAP vasitəsilə ilk illərdə 16 milyard kub metr qazın ötürülməsi planlaşdırılır. Bunun 6 milyard kub metri Əskişəhir və Trakya bölgəsindəki iki nöqtədən əsas şəbəkəyə bağlanaraq, Türkiyənin istehlakına yönəldiləcək.

Kəmərin ötürücülük gücü 24 milyard metr təşkil edir. Daha sonra 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Rus qazının yerinə Azərbaycan qazı 

Hazırda Türkiyəyə Azərbaycan qazının ötürülməsi Bakı-Tiflis-Ərzurum kəməri üzərindən həyata keçirilir. TANAP istifadəyə verildikdən sonra BOTAŞ Azərbaycandan əlavə 6 milyard kubmetr qaz idxal edəcək.

Beləliklə, Azərbaycanın qonşu ölkəyə satacağı qazın həcmi 12.6 milyard kubmetrə çatacaq. Bu da Türkiyənin qaz bazarında Rusiyanın payının azalması deməkdir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:22
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol