• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Rusiya ABŞ-ın Ukrayna planı ilə razılaşmadı

Rusiya ABŞ-ın Ukrayna planı ilə razılaşmadı
12.06.2018 20:44
ABŞ-ın Donbassda sülhməramlılar yerləşdirilməsilə bağlı ideyası Minsk razılaşmalarını tamamilə pozur.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov "Normand dördlüyü” formatında xarici işlər nazirləri görüşünün yekununu şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ və Ukraynanın Donbassda BMT sülhməramlıları yerləşdirmək istəyi Ukraynanın şərqindəki münaqişələrin nizamlanmasilə bağlı sənədlərə ziddir. Çünki ABŞ istəyir ki, sülhməramlılar bütün Donetsk və Luqansk ərazilərinə nəzarəti ələ keçirsinlər. Bununla da BMT sülhməramlılarından hərbi-siyasi komandanlıq kimi istifadə etməyə çalışırlar. Bu isə Donbassda nizamlanmaya dair BMT və ATƏT qətnamələrinin müddəalarının pozulmasıdır. 

Qeyd edək ki, ötən gün "Normand dördlüyü” formatında Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin 2017-ci ilin fevralından sonra ilk görüşü keçirilib. Lavrov görüş çərçivəsində ukraynalı həmkarı Pavlo Klimkin ilə danışıqlar aparıb. Xarici işlər nazirlərinin görüşündə humanitar problemlər, əsir düşənlərin dəyişdirilməsi və Ukraynanın şərqindəki münaqişəli ərazilərdə BMT sülhməramlılarının yerləşdirilməsi müzakirə olunub. Almaniya xarici işlər naziri Hayko Maas bildirib ki, Ukrayna münaqişəsinin bütün tərəfləri sülhməramlılarının yerləşdirilməsilə razıdır, lakin BMT missiyasının formatına yanaşmalar fərqlidir. 

Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin ATƏT nümayəndələrinin təhlükəsizliyi üçün Donbassdakı təmas xəttində BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib. Rəsmi Kiyev isə təkid edir ki, sülhməramlılar Donbassın bütün ərazisi üzrə, o cümlədən Ukraynanın Rusiya ilə sərhəddində yerləşdirilməlidir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol