• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Azərbaycanlı “qanuni oğru” qadın təcridxanasında saxlanılır? - Sensasion məlumat

Azərbaycanlı “qanuni oğru” qadın təcridxanasında saxlanılır? - Sensasion məlumat
13.06.2018 21:55
Bir müddət öncə Rusiyanın paytaxtı Moskvada həbs olunan azərbaycanlı qanuni oğru Hacı Beyləqanski (Hacıbaba Talıbxanlı) ilə bağlı sensasion məlumat yayılıb.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Beyləqanski Rusiya paytaxtında yerləşən 6 saylı istintaq təcridxanasına köçürülüb.
Maraqlıdır ki, Şosseynaya küçəsində yerləşən bu təcridxana qadınlar üçün nəzərdə tutulub. Rusiya pentensiar xidmətinin azərbaycanlı qanuni oğrunu niyə məhz bu həbsxanaya göndərdiyi dəqiq bilinmir. Yeganə bilinən odur ki, sırf qadınlar üçün nəzərdə tutulan bu təcridxanada saxlanılan yeganə kişi məhbus məhz Beyləqanskidir. O, iyunun 9-dan etibarən məhz bu məkanda saxlanılır.
Xatırladaq ki, Moskva şəhər Xoroşevski Məhkəməsi tərəfindən Hacı Beyləqanski barəsində 29 günlük həbs qətimkan tədbiri seçildi. Azərbaycanlı qanuni oğruya Rusiya Cinayət Məcəlləsinin 105 (adam öldürmə), 105.2 (iki və daha çox insan öldürmək) maddələri ittiham verilib.
Qeyd edək ki, Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonunda anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra "Hacı Beyləqanski” kimi tanınıb.
Hacı Beyləqanski mayın 31-də Rusiyanın Daxili İşlər Nazirliyi və Federal Xidmətlər Bürosu tərəfindən Moskva şəhərindəki ”Belıy dom” restoranında saxlanılıb. O, Moskvada 2012-ci ildə kriminal avtoritet Ded Xasanın (Aslan Usoyan) və yaxın tərəfdarlarından biri İlqar Əliyevi öldürməkdə ittiham olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Yenilənib
Cəmiyyət 00:06
Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub - Yenilənib
Yevlaxda suvarma kanalında 1 nəfər batıb
Cəmiyyət 22:26
Yevlaxda suvarma kanalında 1 nəfər batıb
Gəncədə azyaşlının üzərinə daş hasar aşıb
Cəmiyyət 20:00
Gəncədə azyaşlının üzərinə daş hasar aşıb
Bu gün sertifikatlaşdırılma imtahanında 4228 müəllim iştirak edib
Cəmiyyət 19:25
Bu gün sertifikatlaşdırılma imtahanında 4228 müəllim iştirak edib
Taksi sürücüləri üçün test imtahanı keçirilib
Cəmiyyət 18:21
Taksi sürücüləri üçün test imtahanı keçirilib
Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb
Cəmiyyət 18:09
Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb
Baş prokurordan yeni təyinatlar
Cəmiyyət 17:49
Baş prokurordan yeni təyinatlar
Lənkərandakı qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb
Cəmiyyət 17:30
Lənkərandakı qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb
İranlı turistləri kim əvəz edə bilər?
Cəmiyyət 16:31
İranlı turistləri kim əvəz edə bilər?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol