• $
  • £

İvanişvilinin TANAP qısqanclığı: Tiflis nə istəyir?

İvanişvilinin TANAP qısqanclığı: Tiflis nə istəyir?
29.05.2020 06:19
TANAP-a Gürcüstanın rəhbərlik səviyyəsində qatılmaması çox problemli məsələdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bunu heç bir siyasi məntiqlə izah etmək mümkün deyil:

"Əgər bu, Gürcüstandakı siyasi böhranla əlaqəli idisə, onda orada doğrudan da çox ciddi, dərin bir böhran hökm sürməli idi ki, bu cür tarixi bir mərasimə Gürcüstan qatılmasın. Amma böhranın nə qədər dərin olmasından asılı olmayaraq, Gürcüstanın XİN rəhbəri, yaxud da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu tədbirdə iştirak edə bilərdi. Hökumətdaxili böhran Marqvelaşviliyə aid olan məsələ deyil. Çünki prezident baş nazirin komandasından uzaq olan bir şəxsdir. O, bu tədbirə qatıla bilərdi”.

Politoloq vurğulayıb ki, əslində Gürcüstanın TANAP-a rəhbərlik səviyyəsində qatılmamasının əsas səbəbi Gürcüstan daxili deyil, xarici siyasəti ilə bağlı problemləridir. Ölkədəki daxili böhranın Gürcüstanın siyasətinə təsir etdiyini bildirən ekspert hələlik Tiflisin hansı siyasi kursu davam etdirəcəyini müəyyən edə bilmədiyini deyib:

"Yəni hazırda hakimiyyətdə olan komanda ümumiyyətlə, istiqaməti itiriblər. Bunlar bilmirlər ki, xarici siyasətdə hansı dəst-xətti tutsunlar. Bu layihədə Gürcüstan vacib rol oynayırdı. Gürcüstandan Azərbaycan qazı Avropaya nəql olunur. Belə bir mərasimə qatılmamağı izah etmək çətindir”.

Politoloq qeyd edib ki, hazırda Gürcüstanı real idarə edən bir nəfər var: Bidzina İvanişvili hakim partiyanın sədridir və bütövlükdə ölkəni idarə edir. Aydındır ki, hakim partiya hakimiyyətdə təmsil olunur, parlamentin əksəriyyətini təşkil edir, Nazirlər Kabinetini formalaşdırır. Hakim partiyadan bilavasitə baş nazir seçilir və baş nazir hökuməti idarə edir. Amma burda reallıqda vəziyyət elədir ki, baş nazir əsas fiqur deyil. Ölkəni də, hökuməti də idarə edən Bidzina İvanişvilidir. Düşünürəm ki, o, baş naziri hakimiyyətdən uzaqlaşdıra bilirsə, ona qadirdirsə, deməli, TANAP-ın açılışında yüksək səviyyədə təmsilçiliyi də təmin edə bilərdi. Görünür, o, bunu etmək istəməyib”.

Qeyd edək ki, ötən gün TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Gürcüstan mərasimdə səfir İrakli Koplatadze ilə təmsil olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol