• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Prezident dərhal göstəriş verdi: icra etməyən kimlərdir?

Prezident dərhal göstəriş verdi: icra etməyən kimlərdir?
29.05.2020 10:53
İyunun 19-da İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə bu sahədəki vəziyyətin ürəkaçan olmadığından xəbər verir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib.

BAXCP funksioneri iyunun 10-da Saatlı rayonundakı pambıq tarlalarının birində baş verən kütləvi zəhərlənmədən sonra dövlət başçısının gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verdiyini xatırladıb:

"Lakin buna baxmayaraq, lazımi tədbirlər görülmədi və kütləvi zəhərlənmə faktı yenidən, həm də iki dəfə - Tərtər və İmişlidə təkrarlandı. Bu isə cavabdeh qurumların öz işlərinə səhlənkar yanaşdığının, vəzifələrinin və verilən tapşırıqların öhdəsindən gələ bilmədiklərinin göstəricisidir. Hesab edirik ki, mövcud vəziyyət ciddi şəkildə nəzarətə götürülməli, vəzifə səlahiyyətlərinin icrasında səhlənkarlığa və məsuliyyətsizliyə yol vermiş şəxslər cəzalandırılmalı, bu kimi hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməli, pambıq tarlalarında ilkin tibbi yardım və istirahət üçün şərait yaradılmalıdır”.

Qeyd edək ki, iyunun 11-dən bu vaxta qədər Saatlı, Tərtər və İmişli rayonlarındakı pambıq tarlalarında kütləvi zəhərlənmələr olub. İmişlidəki zəhərlənmə isə 141 nəfəri əhatə etməklə, daha genişmiqyaslı sayılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol