• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Avropa liderləri arasında miqrant qarşıdurması

Avropa liderləri arasında miqrant qarşıdurması
22.06.2018 14:00
İtaliya ilə Fransa arasında ötən həftədən bəri davam edən miqrant qarşıdurması iki ölkə arasında münasibətləri gərginləşdirib. 

AzVision.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Quimper şəhərində çıxış edən Fransa prezidenti Emmanuel Makron miqrantlarla bağlı etirazlar və bəzi ölkələrin tənqidi yanaşmasına münasibət bildirib.

Konkret ad çəkməsə də, Makron ABŞ və İtaliya hökumətlərini insanları miqrantlarla qorxutmaqda günahlandırıb. "Populizm və millətçilik hər yerdə cüzam kimi yayılır. Bir daha əsla ortaya çıxmaz, dediyimiz ölkələrdə belə. Qonşumuz olan ölkələr isə daha betərini edirlər. Onlar böyük təxribatlara cəhd edirlər və heç kim bundan narahatlıq duymur. Başqalarına dərs keçməyə vərdiş edənlərə bunu demək istəyirəm: hər bir miqrantı qəbul etməyin gərəkli olduğunu deyin. Amma Fransa cəmiyyətindəki çatları da görün. Bizim etdiklərimizə də baxın. Üzümüzü qızardacaq bir şey etməmişik”, – deyə Makron bildirib. 

Fransanın bu mesajına İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini "Tvitter"də sərt reaksiya verib: "Boşboğaz Makron və Savianonun (Matteonu tənqid edən jurnalist) hərəkətləri mənə təsir etməz, əksinə, bu, məni gücləndirir. Onlar danışarkən mən bu gün qanunsuz miqrant köçünü durdurmaq və mafiyadan alınaraq ələ keçirilən villaları italyanlara geri qaytarmaq üçün çalışıram. Bəziləri danışar, bəziləri edər”. 

Qeyd edək ki, İtaliya ötən həftə SOS Mediterranee humanitar təşkilatının 629 miqrantın olduğu gəmisinin limanlarına yaxınlaşmasına icazə verməmişdi. Makronun İtaliyanın bu davranışını "gülünc və məsuliyyətsilik nümunəsi” adlandırması və partiyası "İrəli, Respublika!”nın İtaliyanın miqrant siyasəti barədə "mədə bulandırıcı” ifadəsini işlətməsi iki ölkə arasında siyasi böhrana səbəb olub. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol