Ermənistan ordusu 4 gün ərzində...
Ermənistan ordusu işğal altında olan Azərbaycan ərazilərində iyunun 18-dən 22-dək komanda-ştab təlimləri keçirib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlərin gedişatını qondarma "DQR”-in "müdafiəsi ordusunun komandanı” Levon Mnasakanyan izləyib.
Təlimlər "Tiqranakert” poliqonunda rəqibin gözlənilməz hücumu şəraitində başlayıb. Təlimlərin ssenarisinə rəqibin irəliləyişini dayandırmaq, müdafiə döyüşünü həyata keçirmək, daha sonra əks-hücuma keçmək, itirilmiş mövqeləri bərpa etmək və daha əlverişli mövqeləri tutmaq daxil edilmişdi.
Şərti döyüş meydanında rəqib aviasiyan, raket sistemləri və başqa silahlardan istifadə edib. Növbətçi qruplardan başqa, həmçinin diversiya-kəşfiyyat və desant qrupları hərəkət edirdi. Məlumata görə, təlimlərdə ordu bölmələri bir sıra yeni silah növləri və müasir texniki vasitələrdən istifadə ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox