• $
  • £

Tonoyan səngərdən döyüş əmri verdi

Tonoyan səngərdən döyüş əmri verdi
23.06.2018 16:36
Ermənistanın müdafiə naziri David Tonoyan iyunun 22-də Ermənistanın şimal-şərq sərhədinə (Azərbaycanın şimali-qərb sərhədinə -red.) baş çəkib.

"Armenpress” xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, nazir döyüş mövqelərində qoşun bölmələrinin komandanlığı ilə görüşüb və operativ vəziyyətlə tanış olaraq müəyyən təlimatlar verib.

Ermənistanın müdafiə nazirinin Azərbaycanın şimali-qərb sərhədi ilə üzbəüz yerləşən döyüş mövqelərinə baş çəkməsi ötən ay Naxçıvan cəbhəsində baş verənləri xatırlatdı. David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın mayın 18-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətinə çəkməsi burada düşmən təxribatı ilə nəticələnmişdi. Ermənistanın təxribatının nəticəsində Naxçıvan istiqamətində Azərbaycan əsgəri şəhid olmuşdu.

Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad olundu, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alındı.

Ermənistan Müdafiə Nazirliyinin növbəti dəfə Azərbaycan-Ermənistan sərhədində yerləşən döyüş mövqelərinə baş çəkməsi yeni təxribatların baş verməsini istisna etmir. Ekspertlərə görə, Ermənistan məhz Azərbaycanla həmsərhəd ərazilərdə təxribatlar törətməklə qarşıdurmaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qoşmaq niyyəti güdür.(publika.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol