• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Arif Kərimovun növbəti qurbanı

Arif Kərimovun növbəti qurbanı
25.06.2018 08:52
Kazım Səfiquliyevin təsdiq etdiyinə görə, onun 17 il məhkumluq həyatı yaşadığına səbəb olan qətli törədən o deyil, Federal Ləzgi Milli-Mədəni Muxtariyyətin (FLMMM-ın) başçısı Arif Kərimovdur.
 
Səfiquliyev (www.institute-innovation.ru/index/society/interesnaya-istoriya-pro-arifa-kerimova.html )  bundan əvvəl Arif Kərimovun yaratdığı ictimai təşkilatın üzvü olub və indi keçmiş lideri haqqında bir çox mətləbləri açıb danışır. O təsdiq edir ki, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin nəzdində olan Ali Attestasiya Komissiyasının sabiq başçısı akademik Feliks Şamxalov barəsində aparılan istintaqın səbəbinin sirrini bilir.
 
Şamxalova qarşı külli miqdarda oğurluq ittihamını irəli sürmüşdülər, lakin o, məhkəmə tərəfindən tam şəkildə bəraət qazandı.
 
 


Səfiquliyevin təsdiq etdiyinə görə, Şamxalov FLMMM-ın lideri Arif Kərimovun və onun oğlu Tokay Kərimovun (www.irucompromat.com/articles/grabezh_glubokogo_bureniya ), və həmçinin Rusiya Federasiyası Daxili İşlər Nazirinin Birinci müavini Aleksandr Qorovoyun (www.mosmonitor.ru/articles/Power/gorovoy__i_chempionat_mira_po_futbolu ) və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibinin müəvini Vladimir Nazarovun tərəfindən törədilən təxribatların qurbanı olmuşdu.
 

Şamxalovu Vneşekonombankdan 178,4 milyon dollar oğurlamaqda taqsırlandırırdılar. Səfiquliyevin dediyinə görə, bu saxta iş rüşvət almaq məqsədilə qurulmuşdu. Bir neçə il keçəndən sonra Şamxalov bəraət qazandı, lakin bu nəticə vəzifəsinin itirilməsi, istintaq təcridxanasında oturduğu müddətdə əsəb gərginliyinin keçirilməsi və işgüzar nüfuzunun ləkələnməsi bahasına başa gəlmişdi.

Bununla yanaşı Şamxalovu, Səfiquliyevin sözlərinə görə, nazir kürsüsü uğrunda qurulan oyunda bir alət kimi istifadə etməyə çalışıblar. Səfiquliyev təsdiq edir ki, Şamxalova qarşı qurulan saxta cinayət işinin vasitəsiylə Daxili İşlər Nazirinin Birinci müavini Aleksandr Qorovoy (www.mosmonitor.ru/articles/society/biznes_v_pogonah_i_s_naruchnikami ) özünün o vaxtkı rəisini - Rusiya Federasiyasının Daxili İşlər Naziri Rəşid Nurqaliyevi vəzifədən kənarlaşdırmağa planlaşdırırdı.

Səfiquliyev deyir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibinin müavini Vladimir Nazarovla, FLMMM-ın lideri Arif Kərimovla (www.bespredel.org/tokaj-kerimov-syn-i-finansist-terrorista/ ), «Naftoqaz» Qrupunun sahibkarı Tokay Kərimovla (www.versia.ru/dolgi-gruppy-naftagaz-tokaya-kerimova-ugrozhayut-stabilnosti-v-tryox-regionax-rossii ) sövdələşərək Aleksandr Qorovoy DİN-də özünün əlaltısı olan müstəntiq Denis Suqrobova tapşırmışdı ki,   (www.petrogazeta.ru/2018/05/28/kak-podstavili-sugrobova ) Şamxalova qarşı cinayət işini icra etsin.

Səfiquliyevin təsdiq etdiyinə görə, bütün bu müddətdə öz növbəsində Arif və Tokay Kərimovlar yaxşı tanıdıqları Feliks Şamxalov haqqında (Şamxalovun qayınatası o zaman FLMMM-ın vise-prezidenti idi) KİV-lərə yalan və böhtan məlumatları ötürürdülər. Səfiquliyevin dediyinə görə, Arif və Tokay Kərimovlar bu işi planlaşdıranda bunun nəticəsində guya yaxşılıq etmək məqsədilə vasitəçilik edərək qaldırılan cinayət işinin Aleksandr Qorovoyun sayəsində bağlanması müqabilində Şamxalovun qayınatası vasitəsilə 10 milyon dollar rüşvət almağı nəzərdə tutmuşdular.

Səfiquliyev deyir ki, əldə etdiyi məlumatın mənbəyi hal-hazırda "mütəşəkkil cinayət qrupunun yaradılması” maddəsiylə məhkum olunan Qorovoyun keçmiş işçisi, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə İdarəsinin sabiq rəisi Denis Suqrobovdur. Həmin məlumata görə, Denis Suqrobova və Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən olan onun kolleqalarına Feliks Şamxalova qarşı hay-küylü cinayət işini açmaq tapşırığını verməklə əslində bunlardan öz məqsədləri üçün istifadə etdilər, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən olan onun kolleqaları isə (adlarını və soy adlarını demirik, çünki onlar bu işin məğzindən xəbərsiz olaraq istifadə olunublar) kortəbii surətdə bu əməliyyatda iştirak edərək Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibinin müavini Vladimir Nazarov tərəfindən qorxu xofu yaratmaq, cinayət işinə xüsusi status donunu geyindirmək və  Aleksandr Qorovoydan şübhələri yayındırmaq məqsədiylə istifadə olunmuşdular.

Səfiquliyev deyir ki,  bütün əməliyyat bir neçə mərhələyə bölünmüşdü: Rusiya Federasiyası Daxili İşlər Naziri Rəşid Nurqaliyevi nüfuzdan salınması, Vneşekonombankla aparılan iş, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı, Feliks Şamxalovun işgüzar nüfuzuna xələl gətirilməsi, Feliks Şamxalovdаn rüşvətin alınması.

Səfiquliyev hesab edir ki, RF DİN naziri Rəşid Nurqaliyevin nüfuzdan salınmasının hazırlıq işi müvəffəqiyyətlə həyata keçirilmişdi. Vneşekonombankla aparılan işi "əla” qiymətləndirmək olar, çünki heç nədən və heç bir əsas olmadan cinayət işini açmaq tapşırığı olduğu kimi yerinə yetirilmişdi. Səfiquliyevin təsdiq etdiyinə görə, Arif və Tokay Kərimovlar Feliks Şamxalovu (www.inright.ru/articles/nation/20180607/id_2129/) informasiya məkanında tam şəkildə ləkələməyə və onu ölkədə bir nömrəli cinayətkar kimi təqdim etməyə müvəffəq olmuşdular.

Lakin, Səfiquliyevin dediyinə görə, əməliyyat bütövlükdə məğlubiyyətə uğradı, çünki Rəşid Nurqaliyev DİN-dən Rusiya Federasiyası Təhlükəsizlik Şurasına getdi, onun yerinə isə Prezident Rusiya Federasiyasının Daxili İşlər Naziri vəzifəsinə Vladimir Kolokoltsevi təyin etdi. Öz növbəsində Feliks Şamxalov Kərimovlara rüşvət verməkdən imtina etdi.

Səfiquliyev təsdiq edir ki, sudan quru çıxmaq və Aleksandr  Qorovoyun üzərindən bütün şübhələri yayındırmaq üçün Denis Suqrobovu qurban vermək, bütün günahları onun boynuna yıxmaq və ona qarşı cinayət işini açmaq qərarı qəbul olunmuşdu.
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
İqtisadiyyat 11:12
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol