• $
  • £

Bağçada üzünə “dağ basılan” uşağın anası

Bağçada üzünə “dağ basılan” uşağın anası
25.06.2018 11:32
Bağçada uşağımın üzünə tibbi yardım göstərmək istəyərkən yandırıblar. Ancaq indi həkimlər tərəfindən müayinə yazılıb, nəzarət edilir.

Bu sözləri Axar.az-a Gəncə şəhəri 31 saylı körpələr evində bağça yoldaşı tərəfindən üzünün dişlənməsi və bağçadakı müəllimlərin yanlış müdaxiləsi nəticəsində üzündə yara əmələ gələn 1 yaş 6 aylıq İsmayılova Sara Hüseyn qızının anası deyib.

Valideyn qeyd edib ki, qızının üzündə yaranmış problemlə bağlı onun adından yanlış informasiyalar yayılır:

"Saytlarda və sosial şəbəkələrdə adımdan məlumatlar paylaşılır, onları mən yazmıram. Problemlə əlaqədar İcra Hakimiyyəti təcili addım atdı və işində məsuliyyətsiz olanlar cəzalandırıldı. Mən şikayət etmişdim və şikayətim araşdırıldı, addım atıldı. Hazırda həkim tərəfindən köməklik göstərilir. Bağçada ilk tibbi yardım göstərən müəllimə yanlışlığa yol verib uşağın üzünü yandırıb. Həkim müəyyən dərman və mazlar yazıb”.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkədə Gəncədə yerləşən 31 saylı uşaq bağçasında Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi isə bu iddianı təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.

Ailənin şikayətindən sonra körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı səhlənkarlığa görə Əmək Məcəlləsinin 72 E bəndinə əsasən işdən azad ediliblər. Bağçanın müdirəsi İsmayılova Günay Malik qızına isə töhmət verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol