• $
  • £

Tanınmaz hala düşən meyxanaçı danışdı

Tanınmaz hala düşən meyxanaçı danışdı
25.06.2018 15:08
Sosial şəbəkələrdə tanınmış meyxanaçı Aydın Xırdalanlının yeni fotoları yayılıb.

Tanınmış meyxanaçının fotolarda çox arıq düşdüyü bildirilir. Vurğulanıb ki, Aydın Xırdalanlı qara ciyər serrozundan əziyyət çəkir. Bundan başqa, meyxanaçının narkotik aludəçisi olduğu və bu səbəbdən də səhhətinin günü-gündən pisləşdiri yazılır.

Məsələyə aydınlıq gətirmək üçün meyxanaçının özü ilə əlaqə saxladıq. Aydın Xırdalanlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, haqqında gəzən söz-söhbətdən bezib.

"Arıqlamışam, arıqlamışam da. Kökəlmək, arıqlamaq insanın öz işidir. Axı bunların kimə dəxli var? Toyda, məclislərdə hər dəfə foto çəkdirirlər, sonra paylaşırlar. Dünən də Xırdalanda məclislərin birində oturmuşdu. Aşağısı 20 nəfərlə şəkil çəkdirmişəm. İndi fotolarda arıq düşmüşəm. Kök olanda heç demirdilər ki, Aydın kökəlib. Qələt edib şəkil çəkdirirəm? Bundan sonra kim yaxınlaşacaq, şəkil çəkdirməyəcəyəm. Bilmirəm nə edim", - deyə meyxanaçı bildirib.

Səhhətində yaranmış problemlərlə bağlı suala isə A.Xırdalanlı özünəməxsus şəkildə cavab verdi:

"Boş söhbətdir, serroz olmağa vaxtım yoxdur. (Red: gülür). Qara ciyərimdə yüngül problem var. 15 il bundan əvvəldən qara ciyərimdə hepatit aşkarlanıb. Bu nə problemdir axı? Cammatın çoxunda bu xəstəlik var. Hazırda şükür Allaha yaxşıyam. Belə getsə məni öldürəcəklər. Başına dönüm bunları başa salın. Adamı təmiz dilxor edirlər".

Meyxanaçı narkotik maddələrin qəbul etməsilə bağlı fikirlər isə əsəbləşdi:

"Özüm bilərəm, əcəb edirəm, narkotik də qəbul edərəm, içki də içərəm. Bu mənim şəxsi işimdir. Bunun kimə nə dəxli var? Belə də baxanda son vaxtlar heç pivə də içmirəm. Əvvəllər pivə içirdim şişirdim. Axır vaxtlar pivə də içmirəm deyə arıqlamışam. Heyif deyil arıq olmaq. Kök olanda nəfəs də ala bilmirdim. Kök olanda məclisdə şalvarımın "zamok"unu, düyməsini açıb otururdum ki, rahat nəfəs alım. İndi rahat otururam"

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol