• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Yəməndə kritik durum - İrandan müdaxilə tələbi

Yəməndə kritik durum - İrandan müdaxilə tələbi
25.06.2018 19:48
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin davranışı üzündən Tehran beynəlxalq təşkilatlardan Yəməndəki vəziyyətə müdaxilə etmələrini tələb edir. 

AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasımi bəyan edib.
"Yəmənə münasibətdə İranın siyasəti dəyişməz olaraq qalır. Biz Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın təcavüzünü qınamışıq və yenə də qınayırıq. Yəməndəki acınacaqlı şəraitdən xəbərimiz var və beynəlxalq təşkilatlardan, digər ölkələrdən bu problemə ciddi müdaxiləni tələb edirik” – deyə Qasımi vurğulayıb. 

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir. 

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün "Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Dünya 08:55
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol