Rusiyadan önəmli Qarabağ açıqlaması
"Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsinə yol verməmək olduqca vacibdir".
Bu barədə Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
"Dağlıq Qarabağ münaqişəsi bizi narahat etməyə bilməz. Bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münasibətlərin gərginləşməsinin tərəfdarları, xalqların sülh şəraitində yaşamaq istəyini və sözlərini eşitməyənlərin hamısı gərginliyə aparan yolla gedirlər. Bu yola mane olmaq üçün biz əlimizdən gələn hər şeyi etməliyik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan həmişə düzgün və konstruktiv mövqe sərgiləyib” – deyə Volodin Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşündə bildirib.
mənbə: metbuat.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox