• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Makronun başı “dərddə”

Makronun başı “dərddə”
26.06.2018 13:25
Prokurorluq Fransa prezidenti Emmanuel Makronun seçki kampaniyası ilə bağlı ilkin təhqiqata başlayıb.

anews.az xarici mediaya istinadən xəbər verir ki, təhqiqat sağ qüvvələrin şikayətindən sonra başlayıb və seçki kampaniyasının gedişində ictimai vəsaitin mümkün mənimsənilməsi faktı ilə bağlıdır.

Siyasətçilərin şikayətinə əsasən, Lion metropoliyasının nəzarəti altında olan və Fransanın Daxili İşlər Nazirliyinin indiki rəhbəri Jerar Kollonun o vaxt idarə etdiyi dövlət resursları gələcək prezidentin sərəncamına yönəldilib.

Bir qədər əvvəl "France Info” radiostansiyası dövlət başçısı postuna namizədliyi dövründə Makronun seçki kampaniyasının gedişində tədbirlər keçirmək üçün bəzi şirkətlərdən imtiyazlı maliyyə şəraiti əldə etdiyi barədə informasiya yaymışdı.

Belə ki, Makronun komandası seçkiqabağı tədbirlər üçün iki teatr zalına üç min avro ödəmişdi, halbuki o zaman qiymət 13 min avro təşkil edirdi.

Məqalədə qeyd olunur ki, analoji hallar Fransa paytaxtında və onun xaricində daha bir neçə zalın, əsasən də Lion şəhərində gəminin icarəyə götürülməsi zamanı da baş verib.

Makronun seçki kampaniyasının xərcləri artıq jurnalistlərdə bəzi suallar yaradıb, lakin seçki kampaniyalarının hesablarını təftiş edən Fransanın dövlət komissiyası heç bir qanun pozuntusu aşkar etməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol