• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Donald Tramp KXDR ilə sammitin faydalarından danışıb

Donald Tramp KXDR ilə sammitin faydalarından danışıb
26.06.2018 15:25
Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşdən sonra KXDR-də antiamerika plakatları yığışdırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Onlar bütün Şimali Koreyada antiamerika plakatlarını yığışdırdılar. İndi yaxşı münasibətlərimiz var və hesab edirəm ki, hər şey yaxşı olacaq. Bu, asan iş deyil, vaxt tələb edir. Amma yekunda bütün səylər nəticəsində dünya daha təhlükəsiz olacaq", - ABŞ prezidenti əlavə edib.

Əldə olunan uğurlardan bəhs edən D.Tramp Pxenyanın nüvəsizləşdirməyə razı olduğunu, artıq sınaqlar keçirməməklə razılaşdığını xatırladıb: "Bundan əlavə, girovlarımızı geri qaytardıq. Qəhrəmanlarımızın qalıqlarını geri qaytarmaqda davam edirik".

Xatırladaq ki, D.Tramp və Kim Çen Inın görüşdüyü tarixdəki ilk ABŞ və KXDR sammiti iyunun 12-də Sinqapurda keçirilib. Görüşdən sonra D.Tramp KXDR ilə sənəd imzaladığını və Koreya yarımadasının denuklearizasiya prosesinin çox tez başlayacağını vurğulayıb. Kim Çen In isə, öz növbəsində, yekun sənədin imzalanmasının iki ölkə arasındakı münasibətlərdə yeni başlanğıc olduğunu bildirib və gələcəkdə böyük dəyişikliklər olacağını vəd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol