• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

ABŞ İrandan neft almağı qadağan edir

ABŞ İrandan neft almağı qadağan edir
27.06.2018 12:28
ABŞ müttəfiqlərindən İrandan neft idxalını noyabr ayına qədər dayandırmalarını istəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinə Nazirliyi açıqlama yayıb.

Noyabrın 4-nə qədər müttəfiq ölkələrin, eləcə də, şirkətlərin İrandan neft idxalını dayandırması qeyd olunub. Bildirilib ki, şirkətlər göstərilən müddətdə İranla neft ticarəti edərlərsə, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər. 

O da məlum olub ki, tələb Çin, Hindistan, eləcə də, Türkiyə kimi İrandan neft idxal edən ölkələrə aiddir. 

Bu açıqlamadan sonra dünya bazarında neftin qiyməti yüksəlməyə başlayıb.

Xatırladaq ki, cari ilin may ayında ABŞ prezidenti Donald Tramp İranla bağlanmış nüvə müqaviləsindən çıxdıqlarını bəyan etmişdi. 

ABŞ-ın Xəzinə Nazirliyi isə İrana qarşı sanksiyaların 90-180 gün arasında yenidən tətbiq ediləcəyini bildirmişdi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol