• $
  • £

Şabalıd bağlarında xəstəlik yayılıb

Şabalıd bağlarında xəstəlik yayılıb
27.06.2018 20:17
Göbələk mənşəli gövdə yanığı xəstəliyi Şəki-Zaqatala bölgəsinin şabalıd bağlarında müşahidə olunur.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AzVision.az-a verilən xəbərə görə, xəstəliyə qarşı dünya miqyasında tam səmərəli mübarizə tədbiri olmadığı üçün təsərrüfat sahiblərinə aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə olunub. Ağacın gövdəsində xəstəliyin əlamətləri müşahidə olunursa, mexaniki üsullardan istifadə etməklə, xəstəliyə yoluxaraq qurumuş və çürümüş hissələr təmizlənməli, xəstəliyə 30-60% yoluxmuş ağacların budaqları zədələrdən 25 sm aşağı olmaqla kəsilməli və yandırılmalı, 60 %-dən çox yoluxmuş və tam qurumuş ağaclar isə kök boğazından yuxarı kəsilməli və kötüyün yerüstü hissəsi də daxil olmaqla yandırılmalıdır. 

Bu proses, xüsusilə, qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli fungisidlər çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir. Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir. 

Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C. parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir. Xəstəliyə qarşı mübarizədə hipovirulent ştamların istifadəsi xəstəliyi nəzarətdə saxlamaq üçün perspektivli hesab edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
İqtisadiyyat 13:57
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Sərfəli kredit axtarırsan?
İqtisadiyyat 11:29
Sərfəli kredit axtarırsan?
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
İqtisadiyyat 10:40
Azərbaycan iqtisadi qərarların qəbulu daha mürəkkəb və çoxölçülüdür.
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
İqtisadiyyat 09:49
“Azeri Light” nefti 4,49% ucuzlaşıb, barel 82,29 dollar olub
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:45
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə

"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
İqtisadiyyat 13:55
"Baku Steel Company" QSC-nin ixrac gəlirləri 35% artıb
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol