• $
  • £

Düşmənin müharibə qorxusu - Erməni general etiraf etdi

Düşmənin müharibə qorxusu - Erməni general etiraf etdi
27.06.2018 14:26
"Azərbaycan hərbi heyətini mütəmadi olaraq çalışdırır, irimiqyaslı təlimlər keçirir və strategiya hazırlayır. Bütün bunlar ondan xəbər verir ki, biz istənilən prosesə hazır olmalıyıq”.

AzVision.az xəbər verir ki, bunu işğal altında olan Qarabağda yaradılan qondarma qurumun "müdafiə naziri” Levon Mnaçakanyan "Hetq.am” saytına açıqlamasında deyib. O, bildirib ki, rəsmi Bakı ictimaiyyəti müharibəyə hazırlayır.

"Bakıda Türkiyə hərbçilərinin iştirakı ilə böyük hərbi parad keçirilib. Azərbaycanda keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakı rəsmi Moskva və Tehran üçün mesaj olmalıdır. Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi, logistika, enerji bloku artıq hərbi tandemə çevrilir. Türkiyənin hərbi ekspansiyası Xəzər dənizinə qədər çatıb. Ən əsası isə artıq Azərbaycan Belarus istehsalı olan "Polonez” raket kompleksi və İsraildən "LORA” raketləri alıb. Bundan başqa Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Bu, o deməkdir ki, Qarabağda yeni müharibə hərbi-texniki baxımından əvvəlkindən fərqli olacaq - bu, "smart war” olacaq. Rəsmi Bakı canlı qüvvənin qorunmasına və yeni hərbi texnikanın istifadəsinə diqqət yönəldəcək”, - deyə separatçı "nazir" qorxusunu gizlətməyib.

Mnaçakanyan, həmçinin etiraf edib ki, Azərbaycan ordusu ən yeni hərbi texnika ilə təchiz edilib: "Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab vermək üçün günlər deyil, saatlar lazım olacaq. Rəsmi Bakı aprel müharibəsi zamanı erməni tərəfini əsas mərkəzdən diqqətini yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücum edib. Azərbaycan Xankəndinin bir neçə on kilometrliyində yerləşən Ağdam istiqamətində böyük qüvvələr toplayıb. Bu, tank nüfuzu baxımından təhlükəli istiqamət sayılır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol