• $
  • £

Bakının İrəvanı qoexuya salan QARABAĞ PLANI

Bakının İrəvanı qoexuya salan QARABAĞ PLANI
27.06.2018 15:02
Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır.

Ermənistan tərəfi Azərbaycan Ordusunun təmas xəttində sürətli yerdəyişmə apardığını, hərbi texnikaların iştirakı ilə mütəmadi təlimlər keçirdiyini iddia edir.

"Ekspertlər hesab edirlər ki, cəbhədə son günlər baş verənlər Azərbaycanın futbol üzrə dünya çempionatı başa çatmamış əraziləri hərbi yolla qaytarmaq üçün hərəkətə keçə biləcəyini hesab edirlər", - deyə erməni jurnalist Mariam Qriqoryan yazır. Həmçinin qeyd edir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıda səsləndirdiyi "Azərbaycan Dağlıq Qarabağ münaqişəsində düzgün və konstruktiv siyasətin tərəfdarıdır" bəyanatı Moskvanın Bakıya yaxşı münasibətinin göstəricisidir.

Erməni politoloq Stepan Safaryan iddia edir ki, Dövlət Dumasının sədri bu bəyanatla Azərbaycanın "Lavrov planı"nı dəstəklədiyini, Ermənistanın isə boyun qaçırdığını demək istəyir.

"Lavrov planı" Ermənistanın maraqlarəına uyğun deyil, əksinə Azərbaycanın xeyrinədir. Rusiya bu planı həyata keçirmək istəyir. Volodinin bəyanatında həm də Bakıya "Rusiya münaqişənin sülh yolu ilə "Lavrov planı" çərçivəsində həllinin tərəfdarıdır" mesajı ünvanlanır", - deyə Safaryan iddia edib.

Politoloq Ara Papyan isə müharibə ehtimalının indi daha yüksək olduğunu bildirib.

"Azərbaycan böyük miqdarda silahlar alır. Naxçıvan istiqamətində baş verənlər göstərdi ki, gərginlik yüksəkdir. Mən vəziyyətin kəskinləşməsini mümkün hesab edirəm. Yeganə yolumuz müharibə olacaqsa, Azərbaycanın itkilər verəcəyini sübut etməkdir. 2016-cı ildə bu mümkün olmadı. Minsk qrupunun həmsədrləri Bakıya heç bir ittiham irəli sürmədilər, Azərbaycan Vyana razılaşmasını yerinə yetirmədi. Digər tərəfdən, beynəlxalq vəziyyət də Azərbaycanın xeyrinədir. Misal üçün, bu günlərdə Azərbaycanın ABŞ istehsalı olan helikopterləri arsenalına daxil etdiyi məlum oldu. Bu onu göstərir ki, Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində deyil və Azərbaycan bu vəziyyətdən istifadə etməyə çalışır", - deyə Papyan iddia edib.
 
publika.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol