• $
  • £

Azərbaycan ordusu böyük təlimlərə hazırlaşır

Azərbaycan ordusu böyük təlimlərə hazırlaşır
28.06.2018 13:36
İyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Anews.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev yanğın baş verən ərazidə
Siyasət 11:47
İlham Əliyev yanğın baş verən ərazidə
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Siyasət 11:43
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Siyasət 08:50
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Qarabağda erməni əsgər məhv edildi
Siyasət 08:48
Qarabağda erməni əsgər məhv edildi
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
Siyasət 08:46
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Siyasət 06:07
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Hərbi xidmətlə bağlı dəyişiklik
Siyasət 05:55
Hərbi xidmətlə bağlı dəyişiklik
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Siyasət 05:34
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Siyasət 03:50
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol