• $
  • £

Şəhid anasını təhqir edən məmur döyüldü

Şəhid anasını təhqir edən məmur döyüldü
29.06.2018 14:33
"Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir.

Anews.az Minval.info-ya istinadən xəbər verir ki, filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir. İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən kəndində taxıl biçini aparan kombaynın işini yarımçıq saxlayıb. O, ağır texnikanı idarə edən şəxsə Tanrıqullar kəndində olan dostunun sahəsində iş görməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar.

Sədaqət Ağayevin isə onların narazılığına məhəl qoymadığı bildirilir. Məlumata görə, filial sədri deyib ki, kombayn 10 gün belə istifadəsiz qalar, amma Səmədabad kəndində taxıl biçini işləri aparılmasına icazə verilməyəcək.

Daha sonra kənd sakinləri ondan şəhid ailəsi olan Sənəm Əliyevanın sahəsinin biçilməsini xahiş ediblər. Lakin S.Ağayev onlara sərt cavab verərək S.Əliyevanı təhqir edib. Hətta onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü deyilir. Bu söyüşdən qəzəblənən sakinlər filial sədrini döyüblər.

"Aqrolizinq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, hadisə araşdırılır:

"Bölgələrdən daxil olan müraciətlər əsasında şikayətlərə baxılır. Lakin Səmədabad kəndindən heç bir müraciət olunmadan belə hadisə baş verib. Qurum şəhid ailələrinin işinə daha tez baxır. Hadisənin nə səbəbdən və necə baş verdiyi araşdırılır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol