• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

ABŞ 70 ildən sonra gözlənilməz addım atdı

ABŞ 70 ildən sonra gözlənilməz addım atdı
29.06.2018 18:17
ABŞ Cənubi Koreyanın paytaxtı Seul şəhərindəki 70 illik hərbi mövcudluğuna son qoyub. Ötən gün keçirilən mərasimdə Seuldakı amerikan hərbi kontingentinin Şimali Koreya artilleriya məsafəsindən daha uzağa çəkilərək yeni qərargaha daşınması qeyd olunub. 

AzVision.az xəbər verir ki, bu barədə "Washington Post” məlumat yayıb.

ABŞ hərbçilərinin Cənubi Koreyadakı yeni bazası Pyonqtekdəki Hamfris düşərgəsində yerləşəcək. Baza paytaxt Seuldan 70 kilometr aralıda yerləşir. Vaşinqtonun Cənubi Koreyadakı hərbi kontingentini Şimali Koreya ilə sərhəddən bir qədər uzaqlaşdırmaq qərarı Sinqapur sammitindən sonra Koreya yarımadasında nüvəsizləşmə və sülhə dair əldə olunan yeni və kövrək razılaşmadan irəli gəlir. Lakin Vaşinqtonun bildirdiyinə görə, bu məsələ çoxdandır ki, planlaşdırılırdı və artıq ABŞ hərbi bazasının əksər hissəsi yeni məkana köçürülüb. Seulda qalan azsaylı hissə isə ilin sonunadək yeni bazaya daşınacaq.

Seuldan köçürülmə əməliyyatı Cənubi Koreyadakı ABŞ hərbi bazasının və 28 min 500 amerikalı hərbçinin iki əsas qovşaqda – şimaldakı Pyonqtek və cənub-şərqdəki Dequ şəhərlərində yerləşdirilməsi planının bir hissəsidir. 

Tədbirdə iştirak edən Cənubi Koreyadakı ABŞ hərbi qüvvələrinin komandanı, general Vinsent Bruks bildirib ki, bu planla onlar təhlükəsizlik məqsədilə sıx məskunlaşan ərazilərdən uzaqlaşmağı, effektivlik, çeviklik və hərbi hazırlığı təkmilləşdirmək istəyirlər.

ABŞ hava məkanına yaxın yerləşən Pyonqtekdəki 1420 hektarlıq Amerikan hərbi bazanın tikintisi üçün 11 milyard dollar vəsait xərclənib. Bu məbləğin 90 faizini Cənubi Koreya ödəyib. Pyonqtekdəki Hamfris bazası hazırda ABŞ-ın ölkə hüdudlarından kənardakı ən geniş hərbi bazasıdır. Cənubi Koreya prezidenti vurğulayıb ki, bu baza Vaşinqton-Seul müttəfiqliyinin təməl daşıdır. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol