• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

Qanunsuz balıq ovu edənlər saxlanılıb

Qanunsuz balıq ovu edənlər saxlanılıb
03.07.2018 22:46
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.
 
ETSN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, 1 taxta qayıq, 2 sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Yevlax rayonu Kasa adlanan ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. Qanun pozucuları Mingəçevir şəhər sakinləri Əli Əzizov və Murad Yusubovdan 180 şahmayı və 42 sıf balığı, 2 asma mühərrikli qayıq, 2 sintetik saplı tor götürülüb və barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 7326 manat məbləğində iddia qaldırılıb. 

Kür çayının Tovuz rayonu, Hunanlı kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılaraq ondan 15 şahmayı balığı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator, 1 rezin qayıq götürülüb. Qanun pozucusu Tovuz rayon sakini Qələndər Məmmədov barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 495 manat məbləğində iddia qaldırılıb. 

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Buzovnada işıq olmayacaq
Cəmiyyət 13:08
Buzovnada işıq olmayacaq
Bakıda 3 marketdə yararsız qida məhsulları aşkarlanıb
Cəmiyyət 13:01
Bakıda 3 marketdə yararsız qida məhsulları aşkarlanıb
Azərbaycanda işsizlərin 51%-dən çoxunu qadınlar təşkil edir
Cəmiyyət 12:43
Azərbaycanda işsizlərin 51%-dən çoxunu qadınlar təşkil edir
Sabah Bakıda 23 dərəcə isti olacaq
Cəmiyyət 12:41
Sabah Bakıda 23 dərəcə isti olacaq
Nazirlik regionalarda şagirdlərin danışması üçün 4 milyon manata yaxın pul xərcləyəcək
Cəmiyyət 12:29
Nazirlik regionalarda şagirdlərin danışması üçün 4 milyon manata yaxın pul xərcləyəcək
Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət 12:05
Azərbaycan nefti ucuzlaşıb
ANAMA əməkdaşı Xocalıda minaya düşüb
Cəmiyyət 11:39
ANAMA əməkdaşı Xocalıda minaya düşüb
I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq
Cəmiyyət 11:02
I Qarabağ müharibəsinin daha 17 itkin-şəhidi dəfn olunacaq
Bir gündə 73 cinayətin üstü açılıb
Cəmiyyət 10:31
Bir gündə 73 cinayətin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol