Sərkisyanın qardaşının evində axtarış aparılır
Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın evində axtarışa başlayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Nyus.am” yayıb.
Qeyd edək ki, Aleksandr Sərkisyan bundan öncə qanunsuz silah saxlanılmasına görə məsuliyyətə cəlb edilib. Sonradan onun silahının qanuni olduğu üzə çıxıb.
Serj Sərkisyanın digər qardaşı Levon Sərkisyan isə qızı və oğlu ilə bərabər cinayət məsuliyyətinə cəlb edilib. Onların ölkəni tərk etməsinə qadağa qoyulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox