• $
  • £

İşıq problemi və sui-qəsd olayı: Nə baş verir?

İşıq problemi və sui-qəsd olayı: Nə baş verir?
04.07.2018 16:17
Son iki gün ərzində elektrik enerji təchizatında yaranmış problem və Gəncənin icra başçısı Elmar Vəliyeva qarşı sui-qəsd olayı ölkənin aktual mövzusuna çevrilib. KİV və sosial şəbəkələrdə, ictimaiyyət arasında ən çox məhz bu iki mövzu haqqında danışılır, müxtəlif fikirlər səsləndirilir.

AzVision.az mövzu ilə bağlı Milli Məclisin deputatlarından münasibət öyrənib.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, iyulun 3-ü gecədən baş verən hadisə insanlar arasında çaşqınlıq, panika yaratmadı. Onun sözlərinə görə, vətəndaşlar vaxtında informasiya aldılar, çətinliyin müvəqqəti olduğunu başa düşdülər.

"İki gündür hər birimiz elektrik enerjisinin kəsilməsi ilə bağlı yaşanan problemlərin iştirakçısıyıq. İndiyə qədər görülən işlər bizi bu sınaqdan uğurla çıxardı. Dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirə bildi, qısa zamanda problem aradan qaldırıldı, xaricdən elektrik enerjisi cəlb edildi və insanların kommunal problem yaşamasının qarşısı alındı. Metrodan insanların evuakasiyası itkisiz həyata keçirildi və Bakı Nəqliyyat Agentliyi insanları ödənişsiz daşıdı. Bu günə qədər görülən işlər dövlətin iki gündə yaşanan problemlərə hazır olduğunu göstərdi, həmçinin cəmiyyətimiz də hazır oldu. Metroda təxliyyə olunan insanlara kənardakılar maksimum qayğı göstərməyə çalışırdı, polis işçiləri özlərini çox yüksək səviyyədə göstərdi. Xidmət sahələri öz vəzifəsinin öhdəsindən gəldi”.

A.Mirzəzadə bildirib ki, gözlənilməz hadisə hər an ola bilər, əsas buna hazır olmaqdır. "Biz bununla hazır olduğumuzu göstərdik. Kənardan heç bir dəstək olmadan problemin qarşısı alındı və dərinləşməsinə imkan verilmədi. Iyulun 3-də baş verən hadisə bu sahəyə daha çox vəsait ayrılmasının, yenilənmənin həcminin artmasının vacib olduğunu göstərdi. Energetika sahəsi böyük vəsait tələb edən sahədir, özəlləşdirilməyə çıxarılması hələ tezdir. Bunu daima yüksək səviyyədə saxlayacaq, vəsait qoyacaq sənaye qrupları hələ yoxdur. Ona görə bu vəzifəni dövlət yerinə yetirilməli olur. Energetika sahəsinin yenilənməsi, yeni avadanlıqların alınması, təmir tələb edən sahələrdə təcili işlərə başlanılması ilə bağlı müvafiq addımlar atılır”. 

Deputat vurğulayıb ki, Gəncənin icra başçısına qarşı sui-qəsd gözlənilməz və təəssüfedicidir: "Bunun harada və necə baş verməsi barədə hərtərəfli tədqiqlər aparılacaq və məlumat veriləcək. Elmar Vəliyev Azərbaycanın fədakar və çalışqan regional rəhbərlərindəndir. O və onun mühafizəçisi sağdır, müalicələri davam edir. Bu gün onun qardaşına zəng etdim və vəziyyətinin yaxşı olduğunu və heç bir problemin olmadığını bildirdi”.

Millət vəkili Nizami Cəfərovun fikrincə, istər elektrik enerjisinin kəsintisi, istərsə də cinayət hadisəsi dünyanın hər bir yerində ola bilər, heç kim bundan sığortalanmayıb.

"Vəziyyət tam nəzarətdədir, insanlara bununla bağlı məlumatlar verilir. Narahat olmağa, qeyri-adi nəticələr çıxartmağa ehtiyac yoxdur. Qurumlar öz işini görür, vəziyyət, proseslər cənab Prezidentin nəzarəti altındadır. Qısa zamanda təhlükə aradan qaldırılıb”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol