• $
  • £

Nazirdən ŞAD XƏBƏR: maaşlar ödənildi

Nazirdən ŞAD XƏBƏR: maaşlar ödənildi
04.07.2018 16:36
Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində bu ilin yanvar-iyun aylarında işəgötürənlər tərəfindən 82,8 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 85,7 faizini əmək haqları, 13 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib. Müraciətlərin arasdırılması zamanı 4 nəfər vətəndaşın əmək qanunvericiliyinin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunub. Həmin şəxslərin hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa ediliblər.

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, yanvar-iyun aylarında Bakıda və bölgələrdə işəgötürənlərin iştirakı ilə 30 seminar təşkil edib.

Bu tədbirlər zamanı qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin ödənilməsi və əməyin mühafizəsi normaları, əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, işçilərin məzuniyyət hüquqları və s. ilə bağlı işəgötürənlərin ətraflı məlumatlandırılması təmin edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerli düyü niyə bahadır?
İqtisadiyyat 11:17
Yerli düyü niyə bahadır?
Bakıda 2 milyona istirahət mərkəzi satılır
İqtisadiyyat 10:57
Bakıda 2 milyona istirahət mərkəzi satılır
Nazir şöbə müdirini işdən çıxardı
İqtisadiyyat 10:54
Nazir şöbə müdirini işdən çıxardı
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
İqtisadiyyat 10:02
MİDA-nın 760 min xərclənən sistemi niyə çökdü?
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
İqtisadiyyat 09:18
Əhalinin kommunal borcları silinir? - HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
İqtisadiyyat 09:02
“Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:53
Bakı metrosunda OLAY
İqtisadiyyat 08:33
"WhatsApp"da yeni funksiyalar
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
İqtisadiyyat 07:35
Benzin və dizellə bağlı RƏSMİ MƏLUMAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol