• $
  • £

Vasif Talıbov işğaldan azad olunan torpaqlarımızda - VİDEO

Vasif Talıbov işğaldan azad olunan torpaqlarımızda - VİDEO
05.07.2018 11:21
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ordumuzun nəzarətinə keçən Günnüt kəndi ərazisində yerləşən hərbi hissədə olub.

BAKU.WS-in məlumatına görə, Ali Məclisin Sədri burada xidmət keçən əsgər və zabitlərlə görüşüb. Düşmənlə üzü-üzə mövqelərdə xidmət edən əsgərlərə hədiyyələr təqdim edən Ali Məclisin Sədri Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə şəxsi heyəti təbrik edib. Bu istiqamətdə uğurla başa çatan əməliyyatlara görə onlara təşəkkürünü bildirib. Əsgər və zabitlər görüşdə çıxış ediblər.

Sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndində olub. Ön cəbhədə yerləşən səngərləri və burda qurulan postları gəzib. İnfrastrukturla tanış olub. Məlumat verilib ki, ön xətdə şəxsi heyət üçün lazımi şərait yaradılır. Postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunur. Eyni zamanda ərazidə yeni yollar çəkilir, postlar arasında rahat əlaqə təmin edilir. Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki arıçılarla da görüşüb. Görüşdə təsərrüfatçılar qeyd edib ki, əvvəllər kəndin həndəvərinə yaxın gələ bilməyən arıçılar bu gün 26 km-lik bir məsafə qət edərək ən yaxşı yaylaqlarda öz arı ailələrini yerləşdiriblər. Ali Məclisin Sədri vurğulayıb ki, bu gün ərazidən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafiə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıçılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazımınca istifadə etməlidirlər. Bundan sonra da Günnüt kəndinin təsərrüfat sahibləri üçün hərtərəfli şərait yaradılacaqdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev yanğın baş verən ərazidə
Siyasət 11:47
İlham Əliyev yanğın baş verən ərazidə
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Siyasət 11:43
Prezidentdən Elçin Quliyevlə bağlı SƏRƏNCAM
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Siyasət 08:50
Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar
Qarabağda erməni əsgər məhv edildi
Siyasət 08:48
Qarabağda erməni əsgər məhv edildi
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
Siyasət 08:46
Cəbhədə gərginlik - MN məlumat yaydı - FOTO
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Siyasət 06:07
177 hüquqi şəxs, 710 əcnəbi... - Mehriban Əliyeva faktları açıqladı
Hərbi xidmətlə bağlı dəyişiklik
Siyasət 05:55
Hərbi xidmətlə bağlı dəyişiklik
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Siyasət 05:34
Azərbaycanda nazirlərin xanım müavinləri - DOSYE
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Siyasət 03:50
Laçın yoluna nəzarəti ələ keçirdik - VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol