• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Enerji qəzasını araşdıran Dövlət Komissiyası nəticələri nə vaxt açıqlayacaq?

Enerji qəzasını araşdıran Dövlət Komissiyası nəticələri nə vaxt açıqlayacaq?
07.07.2018 12:29
İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.


Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və "Azərenerji” ASC-nin  birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.


Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə  baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradılıb.


Sərəncama görə, Dövlət Komissiyası hadisənin baş verməsi səbəblərini araşdırmalı və bu barədə Prezidentə məlumat verməlidir. Qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməli və həyata keçirilməli, görülmüş işlər haqqında ölkə başçısına mütəmadi məlumat verilməlidir.


Həmçinin, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.


Məsələ ilə bağlı Prezidentin yaratdığı Dövlət Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru Nazim Məmmədov Modern.az-a açıqlama verib.


Dövlət Komissiyasının üzvü bildirib ki, hadisə ilə bağlı hazırda araşdırma aparılır:


"Hesab edirəm ki, aparılan araşdırmaların nəticələri yaxın vaxtlarda bəlli olacaq. Bundan sonra isə hadisənin başvermə səbəbi ilə bağlı ölkə başçısına məruzə ediləcək. Daha sonra isə bu barədə ictimaiyyətin də məlumatı olacaq”.


Nazim Məmmədov Dövlət Komissiyasının müntənzəm olaraq iclaslar keçidiyi qeyd edib:


"Komissiyanın üzvləri bir neçə dəfə hadisənin baş verdiyi yerə yollanıblar. Hazırda isə demək olar ki, hər gün Komissiyanın iclası keçirilir.  Komissiya öz işini davam etdirir”.


"Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının tərkibinə aşağıdakı şəxslər daxildir:


Komissiyanın sədri
Baş nazirinin birinci müavini Yaqub Eyyubov


Komissiya sədrinin müavini
Energetika naziri Pərviz Şahbazov


Komissiyanın üzvləri
Daxili işlər naziri Ramil Usubov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Baş prokuror Zakir Qaralov
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev
"Azərişıq” ASC-nin sədri Baba Rzayev
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
Fizika İnstitutunun direktoru Nazim Məmmədov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol