• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Qarabağ məsələsi yenidən qaldırıldı - Minsk konfransı çağırıla bilər

Qarabağ məsələsi yenidən qaldırıldı - Minsk konfransı çağırıla bilər
08.07.2018 17:55
Berlində Reyxstaqın binasında (Almaniya Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyevdondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb. 


Qaynarinfo xəbər verir ki, deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib. ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.


ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol