• $
  • £

Qarabağ qazisi, yoxsa dilənçi? - Bu foto hamını kövrəltdi...

Qarabağ qazisi, yoxsa dilənçi? - Bu foto hamını kövrəltdi...
09.07.2018 13:57
Dünən "20 Yanvar” metro stansiyasının yaxınlığında çəkilmiş, protezlərini çıxarıb kənara qoymuş bir şəxsin təsvir olunduğu foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, qəzet köşkünün arxasında çəkilmiş şəklin qısa müddətdə sürətlə yayılmasına səbəb isə həmin şəxsin Qarabağ qazisi olma iddialarıdır. Eyni zamanda fotonu paylaşıb, ona şərh bildirənlər arasında bu şəxsin qazi yox, dilənçi olduğunu deyənlər də az deyil. 

Fotonun müəllifi jurnalist Əziz Əlibəyli qeyd edib ki, ona bu barədə məlumatı ətrafdakı vətəndaşlar verib. Bildiriblər ki, metroda xidmət edən polis əməkdaşı onu gün ərzində üç - dörd dəfə dikəltsə də, o, yenə yerə yıxılır.

"Qafqazinfo” bu gün həmin şəxsi tapmaq üçün fotonun çəkildiyi ərazidə olub. Qazi olduğu deyilən şəxs orada olmasa da, ətrafdakılar onu tanıdıqlarını, dünən halı pisləşdiyi üçün təcili yardım maşını ilə xəstəxanaya aparıldığını söyləyiblər. Həmçinin ətrafdakı işçilər fotoda təsvir olunan vətəndaşın dilənçi olduğunu təsdiq etməyiblər:

"Həmin şəxsi həmişə burada görmürük. Son 3-4 gündə gəlir, protezlərini çıxarıb otururdu. Nə dilənirdi, nə bir şey. Dünən günorta yolda yıxıldı, təcili yardım çağırdıq, apardılar”.

Əməkdaşımız məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayıb. Nazirlikdən hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və qısa müddətə həmin şəxsin kimliyi ilə bağlı məlumat veriləcəyini bildiriblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın yeni görüntüləri  - VİDEO
Siyasət 11:13
Qarabağın yeni görüntüləri - VİDEO
Natəvan Qədimova nazir təyin edildi
Siyasət 10:50
Natəvan Qədimova nazir təyin edildi
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… – Rəsmi
Siyasət 09:15
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… Rəsmi
Azərbaycanda yeni nazir müavini təyin edildi
Siyasət 09:05
Azərbaycanda yeni nazir müavini təyin edildi
Şəhidimiz izdihamla dəfn edildi – Foto
Siyasət 08:44
Şəhidimiz izdihamla dəfn edildi Foto
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Siyasət 06:39
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Usubov yeni rəis təyin etdi
Siyasət 06:10
Usubov yeni rəis təyin etdi
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Siyasət 05:26
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Siyasət 03:57
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol