• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

“Hayastan” fondunun direktoru istefa verdi

“Hayastan” fondunun direktoru istefa verdi
10.07.2018 14:00
Ermənistanın ölkə daxilində və onun hüdudlarından kənardakı ən böyük ictimai-xeyriyyə təşkilatı olan "Hayastan” ümumerməni fondunun icraçı direktoru Ara Vardanyan istefa verib.
 
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanla görüşən Vardanyan istefa ərizəsini ona təqdim edib. 

Fondun qəyyumlar şurasının sədri olan Sarkisyan Vardanyanın bu qərarını təsdiqlənmək üçün şura üzvlərinə təqdim edəcəyini deyib. Bundan sonra xüsusi komisiya yaradılaraq, "Hayastan” fondunun yeni direktoru seçiləcək. 

Xatırladaq ki, "Hayastan” ümumerməni fondunun direktoru Ara Vardanyan fondun vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. O, bundan əvvəl həbs olunmuşdu. İstintaq gedişində Vardanyan etiraf etmişdi ki, fonda təqdim olunan 25 milyon dramlıq kredit kartını şəxsi xərcləri üçün istifadə edib. Həmçinin, mənimsədiyi fond vəsaitlərindən 130 milyon dramı qumar oyunlarına xərcləyib. 

Qeyd edək ki, "Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidentinin fərmanına əsasən yaradılıb. Bu, yeganə ictimai təşkilatdır ki, Ermənistan və onun hüdudlarından kənar yaşayan erməniləri və "Böyük Ermənistan” ideoloqlarını birləşdirir. Fondun nizamnəməsinə uyğun olaraq, onun Qəyyumlar Şurasına Ermənistanın fəaliyyətdə olan prezidenti rəhbərlik edir. Şuranın tərkibinə isə Ermənistan katolik kilsəsinin patriarxı, ölkənin baş nazirləri, konstitusiya məhkəmsinin hakimləri, Ermənistan mərkəzi bankının və parlamentinin sədrləri, Amerikadakı erməni diaspor təşkilatları və digər birliklər, həmçinin Dağlıq Qarabağ separatçılarının liderləri daxildir. Bu yaxınlarda baş nazir Nikol Paşinyan Şuranın iclasında çıxış edərək, fondun direktoru və onun "fəaliyyətini" tərifləmişdi. 

"Hayastan” ümumerməni fondunun dünyanın 19 ölkəsində 22 filialı var. Fond xüsusən də, ABŞ başda olmaqla Qərb ölkələrindəki erməni kilsələri və dispor təşkilatlarilə sıx əməkdaşlıq edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Platin rekord səviyyədə bahalaşıb
Dünya 23:42
Platin rekord səviyyədə bahalaşıb
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dünya 22:55
Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Dünya 22:15
Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Dünya 20:46
Uitkoff Mayamidə Umerovla danışıqlar aparacaq
Luvr fəaliyyətini bərpa edib
Dünya 20:20
Luvr fəaliyyətini bərpa edib
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
Dünya 19:39
Türkiyədə qəzaya uğramış PUA aşkarlanıb - Yenilənib
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol