• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Prezidentin təyin etdiyi yeni müavinlər kimdir?

Prezidentin təyin etdiyi yeni müavinlər kimdir?
10.07.2018 12:42
Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub.

Anews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da  imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov  və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.

Qeyd edək ki, Rəşad Məcnun oğlu Mafusov  24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr  və Biznesin idarə edilməsi - Maliyyə və Kredit üzrə magistr (MBA)  elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə "Azəriqaz” QSC-də başlayıb. 2004-2006-cı illərdə "Azərnəqliyyatbank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi "Səhiyyə Sektorunda İslahatlar Layihəsi”nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi”nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb. 2013-2015-ci illərdə Nazirliyin "Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması” komissiyasına rəhbərlik edib. 2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda  Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifələrində işləyib.

Balarəhim Mirzəağa oğlu  Quliyev isə 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.

1992 - 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 - 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010–2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci ilin  aprel ayınadək   Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib. 2015-ci ilin aprel ayından 2018-ci ilədək  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb. 21 yanvar 2018-ci il tarixindən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qarabağın yeni görüntüləri  - VİDEO
Siyasət 11:13
Qarabağın yeni görüntüləri - VİDEO
Natəvan Qədimova nazir təyin edildi
Siyasət 10:50
Natəvan Qədimova nazir təyin edildi
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… – Rəsmi
Siyasət 09:15
Azərbaycanlı əsirin məktubu: minlərlə girov… Rəsmi
Azərbaycanda yeni nazir müavini təyin edildi
Siyasət 09:05
Azərbaycanda yeni nazir müavini təyin edildi
Şəhidimiz izdihamla dəfn edildi – Foto
Siyasət 08:44
Şəhidimiz izdihamla dəfn edildi Foto
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Siyasət 06:39
İlham Əliyev güc nazirlərini topladı - TƏCİLİ
Usubov yeni rəis təyin etdi
Siyasət 06:10
Usubov yeni rəis təyin etdi
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Siyasət 05:26
İlham Əliyev Balababa Rzayevə vəzifə verdi
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Siyasət 03:57
Şəhid olan polislərimizin dəfndən FOTOSU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol