• $ 1.7
  • € 1.9832
  • ₽ 0.021692
  • ₺ 0.0394
  • £ 2.2905

Azərbaycanda daha 15 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 15 dövlət əmlakı özəlləşdirilib
10.07.2018 17:00
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilmiş, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak edib.

Sifarişçi ümumi faydalı sahəsi  26.7 kvadratmetr  olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrilib. Xidmət sahələrində fayda verə biləcək digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20,1 kvadratmetrdir.

Budəfəki hərracda buraxılış ili 2003-cü il olan "Qaz 3110-101" markalı avtomobil 3 min 200 manat, "Opel Omeqa" markalı avtomobili 1900 manat, "Kamaz-55111" markalı avtomobil 3 min 550 manat ödənilməklə  özəlləşdirilib.

Növbəti özəlləşdirmə hərracı 17 iyulda keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro azalıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro azalıb, rubl bahalaşıb - Məzənnə
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Siyasət 13:52
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb
İqtisadiyyat 13:45
Verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb
Ötən il külək və günəş enerjisi istehsalı artıb
İqtisadiyyat 12:25
Ötən il külək və günəş enerjisi istehsalı artıb
Dekabrda bahalaşan və ucuzlaşan məhsulların - siyahısı
İqtisadiyyat 12:21
Dekabrda bahalaşan və ucuzlaşan məhsulların - siyahısı

“Bitcoin”in qiyməti qalxıb
İqtisadiyyat 10:20
“Bitcoin”in qiyməti qalxıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:06
Qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:46
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:00
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol