Ərdoğandan ilk açıqlama
Prezident seçiləndən sonra ilk xarici rəsmi səfərini iyulun 10-da Azərbaycana edən qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərtac-a və Azərbaycan Televiziyasına müsahibə verib.
Bu gün İlham Əliyev ilə təkbətək görüş keçirəcəyik. Sonra nümayəndə heyətləri arasında görüş olacaq. Ardınca isə mətbuata açıqlama ilə qarşımızdakı hədəflərimizi ifadə edəcəyik. Bu qardaşlığımızın güclənərək davam edəcəyinə inanıram. Bunu TANAP-da gördük, bunu TAP-da gördük, bunu xüsusilə Əliağa neftayırma zavodunda atılan addımlarda gördük. Bundan sonra bunlar daha güclü şəkildə davam edəcək. Mən şəxsən öz adımdan, millətim adından bütün azərbaycanlı qardaşlarıma salam, sevgi və ehtiramımı çatdırıram”.
www.anews.az