Gəncədə şəhid olan İlqar Balakişiyev kimdir?
Xəbər verdiyimiz kimi, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib.
Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, Balakişiyev İlqar Məmməd oğlu uzun müddət Gəncə Şəhər Baş Polis İdarəsində işləyib. Polis polkovniki ümummilli lider Heydər Əliyevin prezidentlik dönəmində Gəncə şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə çalışıb. O, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən 2002-ci ilin iyun ayının 30-da "İgidliyə görə” medalı ilə təltif olunmuşdu.
www.anews.az