• $
  • £

Gəncədə polkovnikləri qətlə yetirən canilərin - FOTOLARI

Gəncədə polkovnikləri qətlə yetirən canilərin - FOTOLARI
11.07.2018 09:49
Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.

Axar.az birgə məlumatın mətnini təqdim edir:

"Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin "102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur".
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə qəbulunda daha bir - Yenilik
Cəmiyyət 09:01
Tələbə qəbulunda daha bir - Yenilik
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Cəmiyyət 08:54
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Cəmiyyət 08:46
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Bu şəxslər
Cəmiyyət 08:45
Bu şəxslər "Bakı Bus"a buraxılmır - Qadağa
Gələn həftə 2 gün iş olmayacaq
Cəmiyyət 08:36
Gələn həftə 2 gün iş olmayacaq
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
Cəmiyyət 08:33
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Cəmiyyət 08:11
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol