• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Polisləri şəhid edənlər barədə ŞOK MƏLUMAT

Polisləri şəhid edənlər barədə ŞOK MƏLUMAT
29.05.2020 03:34
Gəncədə dünən baş vermiş hadisələr Azərbaycan cəmiyyətində böyük rezonans doğurub. Sosial şəbəkələrdə iğtişaşların videogörüntüləri yayımlanıb.

BAKU.WS xəbər verir ki, bu videokadrlara hətta ötəri baxış da kifayət edir ki, iğtişaşların iştirakçılarının sosial tərkibini müəyyən edəsən. Əksəriyyət etibarilə aksiyaya kriminal elementlər cəlb olunmuşdu.

Qəribə odur ki, talançılar küçəyə dini fanatizm bayrağı altında çıxmışdılar. Meydanda əsas şüar "Allahü Əkbər” və islamçıların digər çağırışları idi.

"Haqqın.az” saytı dünənki iğtişaşların gedişində hüquq-mühafizə orqanları əməkdaşlarının qətlində şübhəli bilinən şəxslərin tərcümeyi-hallarından maraqlı faktlar və təfərrüatlar əldə edə bilib.

Belə ki, şübhəlilərdən biri – 30 yaşlı Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısında durub və oğurluğa görə 1,5 il həbs cəzası alıb.

İkinci şübhəli Fərrux Qasımov da kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-ci ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib.

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.

Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol