• $
  • £

İki polis şəhid oldu: kanallarımız nə yayımlayır?

İki polis şəhid oldu: kanallarımız nə yayımlayır?
11.07.2018 14:58
Ötən gün Gəncədə dini yönümlü bir qrup radikal şəxsin öz xidməti vəzifəsini icra edən iki polis zabitini qətlə yetirməsi ilə əlaqədar ATV və ARB kanalı efir siyasətlərində dəyişiklik edərək, bütün əyləncəli proqramlardan imtina edib.

Bu barədə Kult.az-a açıqlama verən Azad Azərbaycan Teleradio Yayım Şirkətinin İctimai-siyasi verilişlər departamentinin rəhbəri Vaqif Aydınoğlu hadisə ilə əlaqədar əyləncəli verilişlərin yayımlanmadığını bildirib:

"ATV kanalında Gəncədə baş verən olaylarla əlaqədar əyləncəli proqramlar yığışdırılıb. Bundan başqa, hər iki saatdan bir xəbərlər proqramının xüsusi buraxılışı olur. Gəncədə baş verən hadisələr tam dəqiqliyi ilə işıqlandırılır”.

ARB TV-nin Strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov qeyd edib ki, kanaldakı əyləncəli verilişlər artıq dayandırılıb və xəbərlər blokunda Gəncədəki hadisələrin tam dəqiqliyi ilə çatdırılması üçün geniş yer ayrılıb.

Qeyd edək ki, ötən gün dini yönümlü bir qrup radikal şəxs Gəncədə aksiya keçirərək, öz xidməti vəzifəsini icra edən iki polis zabitini – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu şəhid edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə qəbulunda daha bir - Yenilik
Cəmiyyət 09:01
Tələbə qəbulunda daha bir - Yenilik
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Cəmiyyət 08:54
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Cəmiyyət 08:46
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Bu şəxslər
Cəmiyyət 08:45
Bu şəxslər "Bakı Bus"a buraxılmır - Qadağa
Gələn həftə 2 gün iş olmayacaq
Cəmiyyət 08:36
Gələn həftə 2 gün iş olmayacaq
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
Cəmiyyət 08:33
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Cəmiyyət 08:11
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol