• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Bakıda hakim ölünün xeyrinə qərar çıxardı - FOTO

Bakıda hakim ölünün xeyrinə qərar çıxardı - FOTO
29.05.2020 01:00
Bakı şəhəri Nəsimi rayon məhkəməsində ölüm hadisəsi qeydə alınıb. 

BAKU.WS-in məlumatına görə, 5 iyulda hakim Rəşid Səmədovun sədrliyi ilə keçən mülki məhkəmə iclasında iddiaçı - 1937-ci il təvəllüdlü Əliyev Səftər Məhərrəm oğlu məhkəmə zalında keçinib. 

Mərhum qohumları - Rəna Rzayeva və onun 13 yaşlı qızı Şabanlı Nilufər Mahir qızını sahibi olduğu Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi ev 29A, mənzil 7-yə olan istifadə hüquqlarına xitam verilməsilə bağlı müraciət etmişdi. Hakim Rəşid Səmədov iddiaçının ölümündən sonra onun xeyrinə qərar çıxarıb. Adıçəkilən cavabdehlərin sözügedən ünvanı tərk etmələrilə bağlı qərar qəbul edib.

Cavabdeh Rəna Rzayeva BAKU.WS-ə açıqlamasında məhkəmə zalında kişinin ölümünə səbəb olacaq heç bir insidentin baş vermədiyini bildirdi: "Hər ikimiz sakitcə sözümüzü dedik. Hakim ayağa qalxıb məhkəmənin müşavirəyə gedəcəyini elan edən zaman kişi yerə yıxıldı və keçindi". 

Cavabdeh Rəna Rzayeva məhkəmənin bu qərarından narazı qaldığını deyir: "2015-ci ildən qaldığım ev əlimdən alınır. Bibimin evidir. Ər-arvad 1967-ci ildən orada yaşayırdılar. 2015-ci ildə bibim xəstə idi, qalmışdım yollarda. Qısası, öz evimi satıb onlara köçdüm. Çünki evi 2011-ci ildən qızımın adına vəsiyyət etmişdilər. Övladları heç vaxt olmayıb. Kişinin də heç kəsi yoxdur. Bibim 2016-cı ildə rəhmətə getdi. Həyat yoldaşı vəsiyyətdən vaz keçmək istədiyini bildirdi. Məni qeydiyyatdan çıxarmaq üçün məhkəməyə müraciət etdi. Bütün qohumlarım ondan üz döndərdi ki, bu nə haqsız hərəkətdi edirsən, ərsiz qadını uşağıyla küçədə qoyursan. 2015-ci ildən qızımla birlikdə o evdə qeydiyyatdayam. Satdığım evin pulunu da bibimlə ərinə, yəni məni evdən çıxarmaq istəyən o kişiyə xərcləmişəm. Şikayətçi olmadığı halda işə xitam verilməlidir. İşə xitam verilməliydi. İddiaçı ölüb, şikayət edən də yoxdur. Bilirəm ki, qanun mən tərəfdədir. Qətnaməni oxudum dəhşətə gəldim". 

Rəna Rzayeva artıq Nəsimi rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol