• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Mütəllibovdan Gəncə çağırışı

Mütəllibovdan Gəncə çağırışı
12.07.2018 11:31
Bu hadisəni çox böyük üzüntü ilə qarşıladım. Gəncədə şəhid olan polislərimizə Allah rəhmət eləsin! Ortada qanlı cinayət hadisəsi var. Silah işlətmək, qan tökmək vəziyyətdən çıxış yolu deyil, bu, son mərhələdə ağır nəticələrə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Musavat.com-a geniş müsahibəsində Gəncə şəhərində yaşanan son olayları şərh edərkən deyib. Bəzi qüvvələrin Azərbaycanı Suriya, Liviyaya döndərmək istəyi haqda da danışan A.Mütəllibov bildirib ki, buna xalq birliyi ilə cavab vermək olar:

"Bu qüvvələrin məqsədi dövlətimizi zəiflətmək, stabilliyi pozmaq, son nəticədə mərkəzi hakimiyyəti özündən asılı, idarə olunan bir struktura çevirmək, zəif hakimiyyət vasitəsilə bütöv bir xalqı öz məqsədləri üçün istifadə etməkdir... Budur Suriya və digər müsəlman dövlətlərində aparılan müasir siyasət!

Bunu əminliklə vurğulayıram ki, bu hadisədən ölkəmizdə sabitliyi pozmaq istəyən, dövlətimizin müstəqilliyini gözü götürməyən mərkəzlər və onların daxildəki əlaltıları maksimum səviyyədə yararlanmağa çalışacaqlar.

Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı Vətən olub. İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol