• $
  • £

Birinci vitse-prezident tələbələri sevindirdi- VİDEO

Birinci vitse-prezident tələbələri sevindirdi- VİDEO
13.07.2018 13:18
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüzlərlə tələbənin haqqını bərpa edib.

Bu sözləri Axar.az-a hüquq müdafiəçisi Səməd Vəkilov deyib. Hüquqşünas bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsinin yüzlərlə məzununun təhsil hüquqları kobud şəkildə pozulub:

"Onlara Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İxtisaslaşdırılmış Şurasının 05 iyul 2016-cı il tarixli qərarına əsasən, MBA (Master of Business Administration) proqramı üzrə magistr dərəcəsi verilsə də, diplomlarına doktoranturaya qəbul edilmə hüququ məhdudlaşdırılmışdı. Belə ki, yüzlərlə tələbənin diplomuna "Bu diplom müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ verilməsi qeyd edilmişdi. Lakin bundan əvvəl həmin universitetin və digər universitetlərin magistr diplomlarında "Bu diplom doktoranturada təhsili davam etdirmək və müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ qeyd edilib”.

S.Vəkilov bildirib ki, bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələblərinin rəsmi vəkalətçisi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib:

"Mehriban xanım problemi dərhal nəzarətə götürdü və qısa müddətdən sonra tələbələrin hüquqları bərpa edildi, məzunların hamısının diplomları dəyişdirildi və onların da digər məzunlar kimi, hüquqları tanındı”.

S.Vəkilov yüzlərlə tələbənin problemini qısa müddətdə ədalətlə həll etdiyi üçün Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib:

"Bu, həm də həyata yeni qədəm qoyan yüzlərlə məzunumuzun təsəvvüründə müsbət mənada dərin iz buraxan hadisədir. Onlar bunu heç zaman unutmayacaqlar. Bu baxımdan Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbə qəbulunda daha bir - Yenilik
Cəmiyyət 09:01
Tələbə qəbulunda daha bir - Yenilik
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Cəmiyyət 08:54
DİM-dən yeni tələbələrə - Xəbərdarlıq
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Cəmiyyət 08:53
Dəhşətli yanğında ölən həkim tanınmış şəxsin qardaşıdır
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Cəmiyyət 08:46
Bu sürücülər 50 manat cərimə ediləcək - VİDEO
Bu şəxslər
Cəmiyyət 08:45
Bu şəxslər "Bakı Bus"a buraxılmır - Qadağa
Gələn həftə 2 gün iş olmayacaq
Cəmiyyət 08:36
Gələn həftə 2 gün iş olmayacaq
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
Cəmiyyət 08:33
Səxsiyyət vəsiqələrində növbəti DƏYİŞİKLİK
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Cəmiyyət 08:11
İtkin alpinistlərlə bağlı - Yeni xəbər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol