Bakıda türk vətəndaşı döyüldü
Hadisə Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 14-ün qarşısında baş verib.
"Ölkə.Az"ın məlumatına görə, Türkiyə Respublikasının vətəndaşı Abdulrəhman Kumar tanımadığı şəxslərlə mübahisə edib. Nəticədə əcnəbiyə müxtəlif bədən xəsarətləri yetirərək onun barmağını sındırıblar. Zərərçəkən baş vermiş faktla bağlı ərizə ilə 39-cu Polis Bölməsinə müraciət edib.
Daxil olmuş şikayətdən sonra təhqiqat araşdırmalarına başlanılıb və türkün izahatı alınıb. Məlum olub ki, Abdulrəhman Kumar telefonla hündürdən və söyüşlə danışdığına görə, bu yoldan keçən 2 gəncin xoşuna gəlməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər