• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Telman Adıgözəlovun vəfatıyla bağlı şok fakt - VİDEO

Telman Adıgözəlovun vəfatıyla bağlı şok fakt - VİDEO
17.07.2018 15:28
Bugün xalq artisti, bənzərsiz aktyor Telman Adıgözəlovun doğum günüdür.

Sənət dostu, əməkdar artist Hicran Nəsirova aktyorla bağlı xatirələrini Yenicag.az-a bölüşüb:

"Telman olduqca şux, həyatsevər bir insan idi, heç vaxt ölüm barədə düşünməzdi. Zarafatcıl insan idi. Biz tamaşa oynayanda pərdə arxasında dayanıb bizi güldürürdü. Amma qəribədir ki, bu cür pozitiv insan çox kövrək idi. Doğum günlərində həmişə gözləri dolurdu. Anası dünyasını dəyişmişdi. Həmişə ondan danışanda ağlayırdı. Onun yanında ana barədə mahnı oxuyan kimi gözünün yaşını sel kimi tökərdi. Xəstəliyini vaxtında özünə desəydilər, heç ölüm onu vaxtsız aparmazdı. Həkimlərdə günah olub. ”Evləri köndələn yar” tamaşasının ikinci hissəsi çəkilirdi. Aeroport yolunda çəkilişimiz oldu. Telman maşın sürürdü, mən də yanında oturmuşdum. Dedi ki, Hicran qolum çox ağrıyır. Dedim get həkimə, özünü yoxlatdır. Dedi getmişəm, həkimlər "osteoxondroz” diaqnozu qoyublar. Dedim əşşi, nə "osteoxondroz”, yəqin ürəyində problem var. İnfarkt da keçiribmiş. Təsəvvür edin, infarkt keçirən adamı "osteoxondroz” diaqnozu ilə massaj ediblər. Demək ki, onu həkimlər öldürdülər”.

Aktrisa onun toydan gələndən sonra, gecəyarısı həyatla vidalaşdığını xatırlayıb:

"Həmin gün toydan gəlib, keçib yerində uzanıb. Qızı mətbəxə keçəndə atasının otağında xırıldadığını görüb. Yaxınlaşıb, həkim çağırıblar, amma gec olub. Ölüm ona heç yaraşmırdı. Çox dostcanlı adam idi. İşdə kiminsə problemi olanda qabağa düşüb həll edirdi. Vaxtsız ölümü ilə dostlarını da yandırıb yaxdı”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tanınmış meyxanaçı Ağamirzədən üzücü xəbər
Mədəniyyət 09:09
Tanınmış meyxanaçı Ağamirzədən üzücü xəbər
Leyla Əliyeva möhtəşəm geyimi ilə göz qamaşdırdı -
Mədəniyyət 06:53
Leyla Əliyeva möhtəşəm geyimi ilə göz qamaşdırdı - "JARA"dan FOTOLAR
BİZİM QONAQ:
00:09
BİZİM QONAQ: "Milli üslubdakı işlərə alıcı marağı böyükdür" - Ella Bağırova
Xalq artistinin məşhur oğlu homoseksual oldu - FOTO+VİDEO
Mədəniyyət 23:26
Xalq artistinin məşhur oğlu homoseksual oldu - FOTO+VİDEO
Bakıda gəlinin arzusu neçəyə başa gəlir? - MÜSAHİBƏ+VİDEO
23:21
Bakıda gəlinin arzusu neçəyə başa gəlir? - MÜSAHİBƏ+VİDEO
BİZİM QONAQ:
19:37
BİZİM QONAQ: "Berlindəki "Xocalı" abidəsini götürmək mümkün deyil" - ANN.TV
Mədəsini kiçildən aşıq Əli tanınmaz halda- FOTO
Mədəniyyət 18:11
Mədəsini kiçildən aşıq Əli tanınmaz halda- FOTO
Bu da Yaşar Nurinin qızı Ülkər - FOTOLAR
Mədəniyyət 12:02
Bu da Yaşar Nurinin qızı Ülkər - FOTOLAR
Xalq artisti ölüm ayağında nə istəyib? - ViDEO
Mədəniyyət 11:34
Xalq artisti ölüm ayağında nə istəyib? - ViDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol