• $
  • £

Moskvadan İrəvana SON QARABAĞ ŞƏRTİ

Moskvadan İrəvana SON QARABAĞ ŞƏRTİ
17.07.2018 16:33
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda müharibə qorxusu haqda danışması və orduya hazırlıq əmri verdiyini, hər şeyin nəzarət altında olduğunu bəyan etməsi erməni mediasında birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, erməni şərhçi Qarnik Qevorqyan Paşinyanın artıq ikinci dəfədir Qarabağla bağlı danışdığına diqqət çəkib: "Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır. Lakin reallıqda Qarabağ cəbhəsində vəziyyət gərgindir. Xüsusilə beynəlxalq platformada da münaqişə ilə bağlı yanaşmalarda təhlükələr hiss olunur. Təhlükə ilk növbədə Rusiyadan gəlir. Ötən ay Rusiya siyasətçiləri və ekspertlərindən ibarət qrup Azərbaycana baş çəkdi və Lələtəpə hündürlüyündə antiermənistan bəyanatlar səsləndirdi. Onlar tezliklə ərazilərin Azərbaycana qaytarılmasını tələb etdilər. Ruslar "Lavrov planı”nı nəzərdə tutur. İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü. Görüşlə bağlı ATƏT-in Minsk qrupunun bəyanatında ilk dəfə "substantiv danışıqlar” fikri daxil edilib. Bu, Azərbaycanın tələbidir və görünür, beynəlxalq platformada Azərbaycanın tələbləri qəbul edilir”.

Erməni ekspert qeyd edib ki, buna paralel olaraq rusiyalı ekspertlər yaxınlaşan müharibədən bəhs edirlər.

"Bu mesajlar Ermənistanın ictimai rəyinə hesablanıb: əgər yeni müharibə istəmirsinizsə, "mərhələli həll variantına” razılaşın, əraziləri qaytarın. Bu, Rusiyanın istədiyi ssenaridir, lakin həmsədrlərin son bəyanatı Qərbin də bu ssenariyə razı olduğunu göstərir. Burada əsas sual Ermənistanın belə vəziyyətdə hansı resurslara malik olmasıdır. Misal üçün, müdafiə naziri David Tonoyanın silahlı qüvvələrin inkişafı ilə bağlı ötən həftə təqdim etdiyi konsepsiya xəyaldan başqa bir şey deyil. Ümumilikdə dövlət idarəçiliyinin digər sistemlərinin də adekvatlılığı nəzərə çarpan deyil. İndiki halda diplomatiya mühüm əhəmiyyət kəsb edir, hərçənd, diplomatik korpusun beynəlxalq platformada Ermənistanın əleyhinə olan həll planına qarşı hər hansı fəaliyyət göstərdiyi görünmür. 2016-cı ilin "aprel müharibəsi”ndə Ermənistanın dövlət siyasətinin adekvat olmaması məğlubiyyətlə başa çatdı. Ehtimal ki, bu tarixdən dərin nəticələr çıxarılmayıb. Və məlumdur ki, tarixin təkrarlanmaq vərdişi var”, - deyə erməni ekspert vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Siyasət 12:33
Kəşfiyyatçımız ermənilərə cəhənnəm yaşatdı
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Siyasət 11:52
Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA
Ermənistandan Qarabağda müharibə anonsu
Siyasət 11:51
Ermənistandan Qarabağda müharibə anonsu
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Siyasət 11:31
Əsgər necə intihar edib? - Baş Prokurorluq məlumat yaydı
Ramil Usubov yeni rəis təyin etdi
Siyasət 11:29
Ramil Usubov yeni rəis təyin etdi
Ermənilər Bakı adı ilə şantaj edilir – Cəbhədə hücum olacaq?
Siyasət 11:21
Ermənilər Bakı adı ilə şantaj edilirCəbhədə hücum olacaq?
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
Siyasət 11:20
Ermənistanın yeni prezidenti Qarabağdan danışdı
DİQQƏT! Bu cərimə ləğv olundu
Siyasət 11:07
DİQQƏT! Bu cərimə ləğv olundu
Sarkisyan Aprel döyüşlərindən danışdı
Siyasət 10:55
Sarkisyan Aprel döyüşlərindən danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol