• $
  • £

“ADY”nın səlahiyyətlərindən biri ləğv edildi Hökumətdən qərar

“ADY”nın səlahiyyətlərindən biri ləğv edildi – Hökumətdən qərar
18.07.2018 14:49
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv edilib.

Anews.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız "Azərbaycan Dəmir Yolları” QSC-nin icazəsi ilə yol verilib.

"Azərbaycan Dəmir Yolları” QSC öz səlahiyyətləri çərçivəsində dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirib.

Dəyişikliyə əsasən dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə veriləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirmək səlahiyyəti də ləğv olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol