• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Novruz Məmmədov Mattarella ilə birgə nahar edib

Novruz Məmmədov Mattarella ilə birgə nahar edib
19.07.2018 18:29
Azərbaycanın Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər.

AzVision.az-ın məlumatına görə, ali qonağı salamlayan N.Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir deyib ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq.

S.Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırıb.

Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edilib, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən energetika sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Siyasət 23:12
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirildi
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Siyasət 18:29
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol