• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Azərbaycanda professor, fəlsəfə doktoru olan məşhurlar – SİYAHI

Azərbaycanda professor, fəlsəfə doktoru olan məşhurlar – SİYAHI
19.07.2018 23:44
Xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb.
Bu barədə sənətçi dünən öz "İnstaqram” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.
Dostəliyevanın elmi ad alması geniş müzakirələrə səbəb oldu. Hətta bir çoxları müğənninin dissertasiya yazmasına inanmayıb, onu lağa qoyublar. Ancaq elmi ad alan sənətçilər arasında Nazpəri tək deyil.
Minval.info elmi ad almış azərbaycanlı məşhurlar barədə məlumat verir:
Bu ilin aprel ayında əməkdar artist Nüşabə Ələsgərli də sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. N.Ələsgərli əfsanəvi bəstəkar Şəfiqə Axundovanın yaradıcılığı ilə bağlı elmi iş yazmışdı.
Əməkdar artist Lalə Məmmədova isə filologiya üzrə fəlsəfə doktorudur.  Hazırda müğənni Milli Konservatoriyada ingilis dili müəlliməsidir. Lalə Məmmədovanın atası Nadir Məmmədov da alimdir və hazırda BDU-da çalışır.
Əməkdar artist Gülyanaq Məmmədova Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması” adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi adını alıb.
Xalq artisti, xanəndə Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adını alıb.  O həm Dövlət Konservatoriyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğuldur.
Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
ARB telekanalının aparıcısı Rövşanə Ağasəfqızı (Bektaşi) filologiya elmləri namizədidir. Rövşanə  Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Əməkdar artist Ədalət Şükürov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Özünün bildirdiyinə görə, elmi işini Rusiyanın Sankt-Peterburq şəhərində müdafiə edib.
Xalq artisti, xanəndə  Mələkxanım Eyyubova   "Muğam sənətinin inkişafında dövlət qayğısı” mövzusunuda dissertasiya müdafiə edib, professordur. 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə işləyir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Cəmiyyət 11:22
Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Cəmiyyət 17:20
Nazirlik müraciətimə nə vaxt baxacaq? Mən öləndən sonra?! - Xalq artisti
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Cəmiyyət 14:10
Prezident Rasim Balayevlə bağlı sərəncam imzaladı
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Cəmiyyət 12:34
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Cəmiyyət 20:24
Türkiyədə 870 illik məscid üç böyük zəlzələ olsa da dağılmadı - Fotolar
Xalq artisti vəfat etdi
Cəmiyyət 22:49
Xalq artisti vəfat etdi
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Cəmiyyət 15:32
ASAP xarici ölkələrdə Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol